Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Bildirilir ki, onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
ZÜMRÜD