BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin bir neçə qız tələbəsi sosial şəbəkələrdəki fotolarının icazəsiz istifadə edildiyini bildirmişdi.
ZÜMRÜD