Ermənistan İrəvanda yerləşən hərbi hissələrdən birində 24 yaşlı müqaviləli əsgər bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək xəstəxanalıq edilib.
Hadisənin təfərrüatları açıqlanmır. Qeyd olunur ki, hərbi polis əməkdaşları xəstəxanaya gəlsələr də, hərbçi əməliyyatda olduğundan ifadə verə bilməyib. 24 yaşlı Avetik M.-nin üz və göz xəsarətləri də daxil olmaqla ağır bədən xəsarətləri aldığı bildirilir. Müdafiə Nazirliyi hələlik hadisə ilə bağlı rəsmi məlumat yaymadığındən, Sputnik Armenia hələlik hadisə ilə bağlı şərh ala bilməyib.
ZÜMRÜD