Fevralın 2-də Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 1977-ci il təvəllüdlü Rüfət Haşımova yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilib. Növbəti gün zərərçəkən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Baş Prokurorluğun Mətbuat xidmətinin olayla bağlı məlumatında cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlandığı bildirilir.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.
ZÜMRÜD