Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti mayoru Rasim Həsənov saxlanılıb.
R.Həsənov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Məlumata görə, Rasim Həsənova qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb.