Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva bölgəsində enerji infrastrukturu obyektinə təxribat cəhdinin qarşısını alıblar. Ukrayna kəşfiyyat xidmətlərinin təlimatları ilə hərəkət etdiyi deyilən 29 yaşlı əcnəbi vətəndaş paytaxtda saxlanılıb. TASS bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat verib.
İstintaq müəyyən edib ki, saxlanılan şəxs Rusiyada qadağan olunmuş Ukrayna terror təşkilatının nümayəndəsi tərəfindən Telegram mesajlaşma tətbiqi vasitəsilə işə götürülüb. Əcnəbi, rəhbərlərinin göstərişi ilə Moskva bölgəsindəki enerji obyektində terror aktı törətmək üçün Rusiyaya gəlib. Daha sonra o, Rusiya Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya getməyi planlaşdırıb.
Həbs zamanı şəxsdən istifadəyə hazır 5 kq ağırlığında yüksək partlayıcılı əldəqayırma partlayıcı qurğu (HED) müsadirə edilib. Həmçinin onun üzərindən sabotaj aktına hazırlıqları təsdiqləyən yazışmaların olduğu mobil telefon da tapılıb.
Şübhəli şəxs barəsində sabotaj aktına hazırlıq və qanunsuz partlayıcı maddələr saxlama maddələri ilə bağlı cinayət işləri açılıb.
SAMİRƏ