Külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulub.
Bu barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) məlumatında deyilir.
Bildirilir ki, onlardan 26 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.