Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 8-də Yasamal rayonunun Moskva prospektində 135 saylı xətt avtobusunda sərnişin, Bakı şəhər sakini Namiq Məmmədov qısqanclıq zəminində arvadı Fatmaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Fatma orada ölüb.