Bazar günü günü, 28 iyun 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İnsan alverinin tarixi mənşəyi, inkişafı, formaları və təqib olunması...
Tarix: 02.04.2015 / 01:37
Bölmə: Kriminal
İnsanın əşya kimi alqı-satqısı qul ticarətinə aiddir. Tarixdə qul ticarətinin kütləvi hal alması Afrikadan daşınan qullarla bağlı olub. Həmin dövrlərdə qara dərililərin ticarətin predmetinə çevrilməsi çox yayılmışdı. İctimai əxlaqın (mənəviyyatın) inkişafı nəticəsində qul ticarəti tədricən cinayətin predmetinə çevrilsə də, üstünlük təşkil etmirdi.
Qul ticarətinin yaranma dövrü barədə yazılı tarixi mənbələr yoxdur. Lakin insanın əşya kimi alınıb-satılması əsrdən-əsrə ötürülüb və bu günə qədər yaşamaqdadır. Misirin qədim mənbələrinə istinadən belə qənaətə gəlmək olar ki, köləlik və qul ticarəti həmin dövrlərdə qədim dövlətlərin iqtisadiyyatının müəyyən hissəsini təşkil edirdi. (Daha çox kənd təsərrüfatında)
Qədim zamanlarda kölə zəncilər Misirə, Yunanıstana və Romaya aparılırdı. Bir müddət ötdükdən sonra isə ərəblər onları Şimali Afrikaya, Ərəbistana, Türkiyəyə və İrana daşıyırdılar. XIX əsrdə qul ticarətinin əsas mərkəzi Misir və Zanzibar (Afrikanın şərq sahilindəki yerlər, Hind okeanında ada) sayılırdı. Təkcə Fars körfəzindən 1867-1869-cu illər ərzində 39645 kölə daşınmışdı. Amma həmin dövr ərzində ingilis gəmiləri ilə Hind okeanında daşınan 2645 adam köləlikdən azad edilmişdi. Qul ticarəti ilə məşğul olan tacirlər silahlı dəstələrlə Afrikanın dərinliklərinə daxil olur, Nil çayının yuxarı istiqaməti ilə Konqo çayının vadilərində yaşayanlara qarşı viranedici basqınlar edir və qulları Şərqi Afrikanın ətraf məntəqələrinə daşıyırdılar.
XIX əsrin sonlarında ingilis hakimiyyəti tərəfindən qul ticarəti Misirdə qadağan edildikdən sonra Şərqi Afrikada ərəblərin qul ticarəti ilə bağlı fəaliyyəti də qanunsuz hal kimi qiymətləndirildi. Belə vəziyyət XX əsr boyu davam etdi və XX əsrin 80-ci illərində Səudiyyə Ərəbistanında qul ticarəti rəsmi olaraq ləğv edildi.
Qul ticarəti orta əsr dövlətlərinin, Ərəb Xilafətinin, Qızıl Orda və Krım Xanlıqlarının, Osmanlı İmperiyasının iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil edirdi. Monqol-tatarlar qulları müsəlman tacirlərinə və eləcə də İtaliyanın koloniyasında olan şəhərlərdə satırdılar.
Qara dəniz ətrafından gətirilən qulların hesabına Qahirədə Əyyubilərin və Bağdadda Abbasilərin Məmlük qvardiyası yaradıldı (təxminən 1193-cü ildə). Məşhur Məmlük sultanı I Bəybars 1259-cu ildə Monqolları darmadağın etmişdi. Bəybars Qara dəniz ətrafından gətirilən qullardan-qıpçaq idi. Monqol-tatarlar tərəfindən Misirə satılmışdı.
Qərbi Avropada da bütün orta əsrlərdə qul ticarəti mövcud idi. XV əsrin ortalarında Portuqaliya tacirləri Afrikadan gətirilən qul ticarəti ilə məşğul olurdular.
XVI əsrdə isə ispanlar Hindistana, portuqaliyalılar Braziliyaya qul daşımağa başladılar. XVI-XVII əsrlərdə qul ticarəti krallığın imtiyazına çevrildi. Zəncilərin alqı-satqısına daha çox üstünlük verilirdi. (1621-1631-ci illərdə Hollandiya, Fransa və İngiltərənin ticarət kompaniyalarında zəncilərə daha çox ehtiyac duyulurdu. 1698-ci ildə İngiltərə parlamenti rəsmi olaraq xüsusi şəxslərə qul ticarəti ilə məşğul olmağa icazə verdi. Çox keçmədən qul ticarəti çox gəlirli sahə kimi Roma papası V Nikolayın da (1452-ci ildə) diqqətini çəkdi.
1789-cu ildə Fransanın qəbul etdiyi «İnsan hüquqları haqqında bəyannamə» hər cür qul ticarətini rədd etdi. 25 mart 1807-ci ildə İngiltərə Parlamenti «Qul ticarətinin qadağan olunması barədə» akt qəbul etdi. 1823-ci ildən başlayaraq qulların bir koloniyadan digərinə daşınmasına da artıq qadağa qoyuldu (Hələ 1815-ci il Vyana konvensiyasında da insanın əşya kimi alınıb-satılması pislənirdi) və ilk dəfə olaraq dövlətlərarası səviyyədə beynəlxalq ittifaq adından qaradərili zəncilərin ticarəti ilə bağlı məsələ müzakirə predmetinə çevrilsə də, səmərəli nəticə hasil olmadı. (1822-1823-cü illərdə)
15 may 1820-ci ildə ABŞ konqresi qul ticarətini dəniz quldurluğuna (piratlıq) bərabər sayaraq hər iki hala ölüm cəzasının tətbiq edilməsini məqbul saydı. 1840-cı ildən başlayaraq bütün Avropa ölkələrinin cinayət qanunvericiliyində qul və zəncilərin ticarəti ilə bağlı sərt cəza tədbirləri tətbiq olunmağa başladı.
Müasir zamanda qul ticarəti bir neçə Asiya ölkəsində, Afrikada, Şərqi Avropada və Latın Amerikası ölkələrində var. Məs: Nigeriyada 2003-cü il ərzində köləlikdə 870.000 adamın olduğu barədə statistik məlumatlar var. Bu, müasir dövrün insan alveridir.
İnsan alverinin təhlükəliliyi onun müxtəlif formada həyata keçirilməsindədir.
Bir çox mənbələrdə insan alveri cinayətlərinin daim dəyişən formaları barədə müxtəlif mülahizələr yürüdülür. Ona görə də insan alverinə qarşı daha səmərəli fəaliyyətin təşkili, bu anlayışın əməliyyat təhlilinə təsirini, cinayətləri tövsif etmək, insan alveri cinayətlərinin qurbanlarını yaxından öyrənmək üçün onunla mübarizə elementlərinin araşdırılmasına ehtiyac var. Qeyd olunacaq formaların aydın və dəqiq tövsifi onu praktikada çətinlik çəkmədən qəbul etməyə imkan yaradır.
İnsan alveri cinayətlərinin həm ümumi, həm də əsas formaları var:
* Insan alveri, ələlxüsus qadınların və uşaqların seksual məqsədlərlə istismarı; Bura daxildir:
- Seks-industrial və ya əyləncə sahəsi;
- Hərbi hissələrin yerləşdiyi ərazidə mütəşəkkil şəkildə seks-ticarəti;
- Seks-turizmin təşkili;
- Pornoqrafiya istehsalı (hər iki cinsdən olan uşaqlardan istifadə)
* Qul əməyinin istismarı məqsədilə insan alveri; Bura daxildir:
- «Potoqon» istehsalatda əməyin istismarı;
- Qeyri formal və kölgə iqtisadiyyatında istismar;
- Kontrafakt məhsulun istehsalında əməyin istismarı;
- Ev təsərrüfatında-ev köləliyi;
- Uşaq əməyindən istifadə (maşın yuma, k/t işinə cəlb etmə) və s.
* Dilənçilik məqsədilə insan alveri, ələlxüsus uşaqların dilənçiliyi; Bura daxildir:
- Uşaqları ələ almaqla onlardan istifadə etmək;
- Əlillərdən istifadə etmək;
- Azyaşlıların dilənçiliyə cəlb edilmək üçün «icarəyə» alınması(verilməsi);
* İstismar məqsədilə nikahlar («rabitə ilə gəlin» sistemindən istifadə etmə); Bura daxildir:
- Ev təsərrüfatında insanlardan istifadə;
- Xəstələrə və ahıllara xidmət göstərmək niyyətilə istifadə;
* Surrroqat analığa məcbur etmək məqsədilə insan alveri;
* İnsan orqanlarının və toxumalarının məcburi transplantasiyası məqsədilə insan alveri;
* Məcburi övladlığa götürmək məqsədilə insan alveri;
* Silahlı birləşmələrdə istifadə etmək məqsədilə insan alveri;
* Əsgərlərin məcburi işdə istifadəsi üçün insan alveri;
Qeyd olunan tövsif bitkin xarakter daşımır. Lakin insan alveri cinayətlərinin formaları dinamik hal olduğundan, cinyətkarlar da konkret maddənin dispozisiyasına uyğun olmayan alternativ forma və üsullarla əməllərini elə qururlar ki, məsuliyyətdən yayına bilsinlər. Sosial - iqtisadi və siyasi situasiya dəyişdikcə bu dinamik hallar da dəyişir. Nəticədə istismarın formaları da aşağıdakı kimi dəyişməyə başlayır.
- Əməyə məcburetmə (seksuallığa və ya sair xidmətə məcburetmə);
- Haqqı ödənilmədən işlətmək və yaxud aydın olmayan əmək haqqı, işlədikdən sonra haqqın ödənilməməsi və yaxud qismən ödənilməsi;
- Şəxsin iradəsinə uyğun-azadlıq fəaliyyətindən və hərəkətlərindən məhrum edilməsi;
- Əmək müqaviləsi olmadan işə cəlb etmək, iş gününün uzadılması;
- İşdən çıxmaq istəyənlərə qanunsuz qadağalar qoymaq (işçinin saxlanılması);
- İşçinin razılığı olmadan başqa işə (niyyətlərinə uyğun işə) köçürülməsi, razılığı olmadan başqa (sair) xidmətə işləməyə məcburetmə-manipulyasiya;
Daha sonra sənədlərin işçidən alınıb verilməməsi, borcdan asılı vəziyyətdə saxlanılması, fiziki zorakılıq və ya zorakılığın tətbiqi ilə hədələmə, psixoloji zorakılıq, deport etmək (qeyri-leqal miqrantlar üçün) hədəsi, sərbəst hərəkət etməsinə məhdudiyyətlər və s. insan alveri cinayətlərinin formalarına aid etmək olar.
Şəraitdən asılı olaraq qeyd olunan formaların hər biri müxtəlif modifikasiya üzrə dəyişilə bilər. Məsələn: Qeyri-leqal miqrantların əmək haqqının verilməsini yubatmaq və yaxud onu deportasiya etmək məqsədilə polisə verməklə hədələmək.
Beləliklə, insan alveri cinayətləri ilə əlaqəli olan istismarın formaları çox müxtəlif və rəngarəngdir. Əksər hallarda hərəkətlərin qanunauyğun sənədləşdirilməsində və bu formaların müəyyən edilməsinə prosessual imkanlar yoxdur. Ona görə də, müasir dövr insan alveri cinayətlərinin şərhi üçün bu formalar əhəmiyyət kəsb edir və adekvat formulanın tətbiqi istismarın formalarının əks etdirən qanunvericilik bazasına ehtiyac var.
İnsan alveri
cinayətlərinin
səbəbləri və
risq qrupları
Azərbaycan Respublikasının Qüvvədə olan CM ilə insan alveri probleminin öyrənildiyi dövr ərzində müxtəlif təhlillər aparılıb, risq qrupuna aid edilənlərin, bu cinayətlərin qurbanlarının «spesifik cizgilərinin» öyrənilməsinə çox vaxt sərf edilib. Mövzu beynəlxalq konfranslarda, Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihələrində aktiv müzakirə predmetinə çevrilib, qurbanların tipik xarakteristikası prioritet məsələ kimi diqqət çəkib, DİN-in kollegiyalarında və MM-in plenar iclaslarında milli koordinator, general-leytenant Vilayət Eyvazovun hesabat xarakterli məruzəsi dinlənib. Son 2014-cü il ərzində DİN-nin İnsan Alveri Baş idarəsinin Mütəşəkkil cinayətkarlığın bu növü ilə mübarizə fəaliyyətinə nəzər yetirdikdə aşağıdakı mənzərə diqqət çəkir. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 97 (+17 fakt 2013-cü il ilə müqayisədə çox aşkar edilmişdir) cinayət faktı müəyyənləşdirilərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunub, bu əməllərin qurbanı-52(+2) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
İctimai mənəviyyat əleyhinə olan hüquqa zidd əməllərlə bağlı 183 (+13), o cümlədən 79 (+6) fahişəliyə cəlb etmə və 86(+18) əxlaqsızlıq yuvaları saxlama cinayəti aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunub.
Təəssüflə xatırlatmaq istərdim ki, 2006-ildə Beynəlxalq təşkilatın Miqrasiya üzrə Bürosunun «İnsan alveri cinayətlərinin və köləliyin qarşısının alınması» ilə bağlı RF-yə aid beynəlxalq konfransında insan alverinin əsas səbəblərinin müzakirəsi diqqət çəkməyib. İnsan alverinin dərin köklərinin iqtisadi, sosial sahələrdə və mədəni-mənəvi münasibətlərdə axtarılması daha məntiqli səslənsə də, buna əhəmiyyət verilməyib. Adətən səbəblərin kökündə və özülündə yoxsulluq vurğulanır, iqtisadi imkanların məhdudluğu, ailənin digər ölkələrlə müqayisədə həyat səviyyəsinin aşağı düşməsi, ailələrdəki zorakılıqlar, gender bərabərsizliyi, sosial-maddi yetimliyə məruz qalma, spirtli içkilərə aludəlik, uğursuz ailələr və s. faktorlar önə çəkilir. Lakin sadalanan səbəblər yalnız diqqətə çatdırılır, ona təsir mexanizmləri işlənilmir, hazırlanmır. Nəticədə insan alveri ilə əlaqədar olan faktlar latentliyə məruz qalır, təşkilatçılara və digər iştirakçılara məsuliyyətin və cəzanın labüdlüyü prinsipi tətbiq edilmədiyindən mübarizə əhəmiyyətini itirir.
Beynəlxalq ekspertlərin mülahizələrinə görə, bu gün Rusiya Federasiyası insanların daşınması və tranziti üçün təyinat ölkəsinə çevrilib. Burada daha çox yoxsul təbəqə qurbana çevrilir. Çin, Şimali Koreya və Vyetnam kimi ölkələrdən Rusiyaya böyük kütlə - əmək miqrantları daxil olur. Məs: 2000-ci illərdə Tacikistanda adambaşına düşən gündəlik gəlir 0,2$ idisə, həmin ərəfədə Rusiya Federasiyasında bu rəqəm 20 dəfə çox idi. Təbii ki, ehtiyac içində boğulanlar, yoxsul ölkədən həyat təminatlarını heç olmasa qismən təmin etmək üçün Rusiyaya gəlməyə «məhkum» idilər. Belə faktlar yaşamaq uğrunda mübarizənin canlı təzahürüdür. Yaxın gələcəkdə qeyd etdiyim yaşayış səviyyəsinə görə fərqi aradan qaldırmaq ümidi yoxdur. Əksinə, vəziyyətin bir az da ağırlaşacağını proqnozlaşdırmaq olar. Ona görə Rusiya, digər ölkələrdən fərqli olaraq, miqrantlar üçün cəlbedici və cəzbedici ölkə olaraq qalır. Bütün bunlara baxmayaraq, 1990-cı illərdə Rusiyanın istehsal sektorlarında orta əmək haqqı Almaniyadan 50 dəfə, Yaponiyadan 40, ABŞ-dan isə 30 dəfə az təşkil edirdi. Rusiyada əmək haqqının artımı, ekspertlərin qənaətinə görə, yalnız iqtisadiyyatın qlobal yenilənməsi prosesində resturizasiya nəticəsində mümkün olacaq. Belə çıxır ki, Rusiya tranzit ölkə kimi insanların kriminal baxımdan istismarı üçün hələ mənbə rolunu oynamaqda davam edəcək.
İnsan alverinin sosial-iqtisadi təbiəti yoxsulluğun yayılması, əməyin dəyərləndirilməməsi, az haqq ödənilməsi, səmərəli fəaliyyətlə məşğulluq imkanlarının əhalinin əksər kontingentləri üçün əlçatmaz və təhsilin aşağı olması, sosial müdafiənin yoxluğu və digər obyektiv səbəblərlə sıx bağlıdır. Beləliklə, insanların istismar şəraitinə məruz qalma risqi müəyyən səbəbli əlaqə təsirindən reallaşır.
Tarixən də yoxsulluq, ehtiyac və səmərəli məşğulluğa yolun bağlanması insanları ağlasığmaz xətalara və təhlükəli əməllərə vadar edərək, onları iqtisadi davranışın risqli modelindən istifadə etməyə məcbur edib, köləliyə, insanın istismarına razılıqlarını «qanuniləşdirib». Bu səbəblər cəmiyyətin ümumi vəziyyətinə təsirsiz ötüşməyib. Risq sosial normaya çevrildikcə insanların iqtisadi davranış modeli də dəyişir. İnsan davranışlarının rasionallığı təhrif edilir. Beləliklə qeyri-leqal miqrasiyaya yol açılır və insanların köləliyə xas istismar olunmasına məcburi şərait yaranır.
İqtisadiyyatın müasir qaydaları hamıya ticarətin inkişaf resurslarına daxil olmaq imkanı yaratmır. Ona görə bəziləri rəsmi xidmət strukturlarında çalışmağa «dəhliz» və ona lazım olan ehtiyacını ödəmək üçün «şans» axtarışına çıxır. Məs: qocalar ömürlük yardım vədi ilə aldadılır və nəticədə mənzili ilə birlikdə alınır (və yaxud satılır); əlillər dilənçilikdə istifadə olunur, əcnəbi tərəfdaş axtaran qızlara «tanışlıq xidməti» təklif edilir (və insan alveri tacirlərinə təhvil verilirlər), iş axtaranlar köləliyə cəlb olunur və s.
Yoxsulluq özündə zəncirvari arzuolunmaz nəticələri birləşdirir: təhsildən uzaqlaşma, səhiyyə xidmətindən istifadə edə bilməmək, aşağı həyat səviyyəsi, müasir informasiya-kommunikasiya-texnologiyalarından yararlanmaq imkanından məhrum olmaq və s..
Burada əsas köklü səbəb marginal və risqli davranış strategiyasının yayılmasındadır.
Ailə institularındakı böhran insan alverinin səbəbi kimi yoxsulluqdan fərqli olmasa da, mühüm səbəblərdəndir. Rusiyada 14 mln. rus uşağı natamam ailələrdə böyüyür. Onların qayğısına əsasən qadınlar qalır. Ailənin gəlir səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır (Hər iki valideynin olduğu və işlədiyi ailələrdən fərqi olaraq).
Gender bərabərsizliyi və ailədə ayrıseçkilik halları məişət zorakılıqlarının artmasına və yayılmasına təsir edir, uşaqların dilənməsinə (dilənçiliyə məruz qalmasına) və avaraçılığa meylini artırır.
Ailənin məişət və mənzil şəraitindəki problemlər, alkoqola aludəlik, ailənin mənəvi dəyərlərinin dağılması (qeyri-rəsmi nikahların artması) insan alverinin artmasına zəmin yaradır.
Qeyd olunan səbəblərin qarşılıqlı fəaliyyəti insanların istismarının sosial fəzasının hədsiz genişlənməsinə gətirib çıxarır. Belə hallar isə sivil cəmiyyətlə bir araya sığa bilməz.
Adətən insan alveri üzrə yüksək risq qrupları var. İlk qrupa qadınlar və uşaqlar aid edilir. Qadınlar arasında ələ alınmağa meylli gənclər - yüksək təhsili, stabil işi və gəlir mənbəyi olmayan, çoxuşaqlı tənha analar, ailədə zorakılıqlarla üzləşən, ona məruz qalanlar aiddir. Uşaqlar arasında daha çox ailə münaqişəsi hökm sürən ailələrin uşaqları, valideynsiz uşaqlar, uşaq evlərinin sakinləri, avara və nəzarətsiz olan uşaqlar daxildirlər. Risq qrupuna, həmçinin əlillər, kasıblar, narkotiklərdən asılı adamlar: risq qrupunun dəqiq formulası insan alverinə qarşı preventiv kampaniyanın əhəmiyyətinə kömək edə və digər risq qrupunun bu bəlaya cəlb olunmasının qarşısını ala bilər. Məs: HİV-ə yoluxmanın qarşısını almaq üçün kompleks proqram təşkil etmək olar.
Ümumiyyətlə, insan alveri cinayətləri beynəlxalq normaların, həm də dövlətdaxili normativ hüquqi aktların tələbinə görə ağır və xüsusilə ağır cinayətlər kimi təsnifatlandırılır. Qeyd olunan tələbə uyğun olaraq CM-nin 144-1 maddəsinin birinci hissəsindəki sanksiyanın sərtləşməsinə zərurət yaranır.
Bu gün insan alveri sahəsində hüquq-tətbiqetmənin mürəkkəbliyi qeyri-dəqiqliklə əlaqəli olduğundan, qul əməyi- köləliyə xas cəhətin anlayışlarının da dəqiq verilməsində çətinliklər yaradır. Ona görə də CM-nin 144-1 maddəsi ( və insan alverinə aid olan digər maddələr) əlavə kommentariyaya və əlavələrə zərurət yaradır. Yuxarıda qeyd etdiyim insan alverinin hər bir formasının təfsirinə tam aydınlıq gətirilməyincə əməlin tövsifi prosessual dəqiqliklə ifadə oluna bilməz. İlk növbədə cinayət qanunvericiliyində istismarın formaları konkret izah edilməlidir. Məsələn: insanlardan dilənçilik qismində istifadə - -istismar edilməsinə şərh verilməlidir, insan üzərində nəzarətin müxtəlif formada həyata keçirilməsi və yaxud zorakılığı (borc asılılığında saxlamaq, sənədlərin götürülüb saxlanması, psixoloji zorakılığın şantaj formasında həyata keçirilməsi və s.). İnsan alverinin hər bir formasının cinayət qanunvericiliyi ilə effektiv təqibi bu cinayətlərin risq qruplarına məhdudiyyət qoya bilər.
Şəmsəddin Əliyev
«Polisə Dəstək» İB-nin sədri
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.06.2026 / 12:07
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı
Tarix: 27.06.2026 / 11:30
DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqladı
Tarix: 26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...
Tarix: 26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu
Tarix: 26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu
- VİDEO
Tarix: 25.06.2026 / 13:36
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirdi
Tarix: 25.06.2026 / 10:30
Masallıda çay kənarında çətənə yetişdirən şəxs yaxalandı...
Tarix: 24.06.2026 / 19:42
İsmayıllıda meşədə narkotik yetişdirənlərə qarşı əməliyyat keçirildi...
- FOTO
Tarix: 24.06.2026 / 12:11
Xaçmazda evlərdən və oteldən oğurluq edənlər saxlandı
- FOTO
Tarix: 24.06.2026 / 11:43
“TikTok” canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu
Tarix: 24.06.2026 / 11:19
Ağcabədidə 7 kiloqramdan artıq marixuana aşkarlandı
Tarix: 23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...
Tarix: 25.06.2026 / 14:47
Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...
Tarix: 25.06.2026 / 13:42
Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...
SON XƏBƏRLƏR
28.06.2026 / 12:07
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı
28.06.2026 / 11:42
Rusiya Azərbaycan üzərindən Ermənistana 770 ton buğda göndərdi
28.06.2026 / 10:55
Tramp "Ankoric sazişlərini" ləğv edə bilər…
28.06.2026 / 10:46
Türkiyəyə 700 milyon dollarlıq təyyarə mühərrikləri satışı erməni lobbisinin yuxusunu qaçırdı -
ANCA hərəkətə keçdi
28.06.2026 / 09:58
İstilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb
28.06.2026 / 09:11
Reuters: “İranın regional hücumları davam edir”
28.06.2026 / 09:06
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür
28.06.2026 / 08:36
Kılıçdaroğlu Özəli fraksiya sədrliyindən də uzaqlaşdırır -
Bacaracaqmı?..
28.06.2026 / 08:06
Hizbullah İsrail-Livan sazişinə etiraz etdi -
“…rüsvayçılıqdır”…
28.06.2026 / 07:32
ABŞ yenə İranı vurdu, İran Küveyt və Bəhreynlə qarşılıq verdi -
savaş yenidən başlayır?..
28.06.2026 / 07:18
Avrokomissiyanın qərargahında kondisioner söndürüldü -
anomal istilər səbəbindən…
27.06.2026 / 21:08
Pentaqonda əsrin ən böyük qalmaqalı
- Rusiya, Çin kəşfiyyatlarının izində olduğu Ağ Evdəki iki gizli casus ifşa edildi...
27.06.2026 / 20:35
Üzərində Trampın portreti olan yeni ABŞ pasportu təqdim edildi
- Amerika tarixində bir ilk...
27.06.2026 / 19:48
Fransa Afrikada daha bir zərbə aldı
- Burkina Faso Parislə diplomatik əlaqələri kəsdi...
27.06.2026 / 19:10
Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
27.06.2026 / 17:51
Milyarder ABŞ səfirinin 450 milyonluq superyaxtası Venesiyanı ayağa qaldırdı
– onun əyləncəsini məhv edəcəyik...
27.06.2026 / 17:29
Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb
27.06.2026 / 17:14
İsrail və Livan Vaşinqtonda tarixi saziş imzaladı
– “Hizbullah” silahı yerə qoymaqdan imtina etdi...
27.06.2026 / 16:39
Ukraynadan Putini özündən çıxaracaq addım
- Volqoqradda hərbi zavod vuruldu...
27.06.2026 / 16:10
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı
27.06.2026 / 15:59
Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib...
27.06.2026 / 15:46
Netanyahu qondarma " erməni soyqırımını" tanısa, ağır cavab zərbəsi alacaq...
27.06.2026 / 15:28
“Uğurlu gələcək” adlı sərgi təşkil olundu
27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir
27.06.2026 / 11:49
Tramp NATO Zirvəsi ərəfəsində Avropa ölkələrini 100 faiz tariflə hədələdi...
27.06.2026 / 11:30
DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqladı
27.06.2026 / 11:23
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib
- FOTO
27.06.2026 / 11:17
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
- FOTO
27.06.2026 / 11:11
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
- FOTO
27.06.2026 / 10:36
Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı
– “Ermənistan iqtisadiyyatı çökə bilər” xəbərdarlığı...
27.06.2026 / 10:15
Yol Polisindən piyada və sürücülərə müraciət
- görünüş məsafəsi məhdudlaşır...
27.06.2026 / 09:50
Venesuelada son 126 ilin ən DƏHŞƏTLİ ZƏLZƏLƏSİ
- ölənlərin sayı minə çatır, ən azı 50 min nəfərdən xəbər yoxdur...
27.06.2026 / 09:32
Yaxın Şərqdə müharibə yenidən başladı
– ABŞ İranı, İran Körfəz ölkələrini bombaladı...
26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər
- Lukaşenko Zelenskiyə mesaj göndərdi...
26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq
- qumar oynamayın...
26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu
26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal
26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı
- İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..
26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?
26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi
26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…
26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi
- FOTO
26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir -
Şəraa narazı, Netanyahu narahat...
26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır
– BƏƏ-nin ardından İraq da gedir...
26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi
- FOTO
26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya
- “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”
26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli
26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...
26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik
- hər zaman bir ürək, bir yumruq olacağıq...
26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur -
ABŞ və Avropanın böyük razılaşması...
26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi
26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər -
"dondurulmayıb"...
26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...
26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...
26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər -
daha bir dözülməz müsəlman ölkəsi...
26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib
26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu
26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu
26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu
- VİDEO
26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub
- FOTO
26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər
- FOTO
26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi
26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"-
Dəniz Zeyrək pis yerdən vurdu...
26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi
26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür
26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib
26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb
26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"
26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub
26.06.2026 / 08:34
Tramp açıqladı
- İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir
26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı
- "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...
26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir
25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb
25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…
25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj -
“İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”
25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi
25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...
25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR
25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...
Populyar xəbərlər
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...
Tarix: 13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə
Tarix: 14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Tarix: 14.06.2026 / 13:47
Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb
XƏBƏR ARXİVİ