çərşənbə günü, 25 noyabr 2026
     

Oğurluğa qarşı nə etməli?!

Image


Həyatda müəyyən mənada hər hansı formada oğurluğun qurbanı olmayan insan demək olar ki, yoxdur. O zaman sual doğur: Oğurluğun qurbanı olmamaq üçün nə etmək lazımdır? Trend bu məsələdə vətəndaşlara kömək etmək məqsədilə bu mövzuda Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəsmi orqanı olan "Polis” qəzetində yer alan eyniadlı məqaləni təqdim edir.

Oğurluq haqqında hər kəsin məlumatı var, çox "məşhur” cinayət növüdür. Müşahidə etmiş olarsınız, bəzən uşaqlar belə oyuncağını xəbərsiz götürdüyünə görə öz həmyaşıdının əməlini "oğurluq” kimi dəyərləndirir.

Deməli, bu qanunsuz əməl - gizli yolla talama cinayəti özünün mahiyyətini böyüklü-kiçikli hamı üçün açır. Və əslində, bu təhlükə insanların daha tədbirli olmasını zəruri edir ki, qapı-pəncərələrini kimsə xəlvət açıb əmlaklarını talamasın. Eyni zamanda, qapını açıq qoyub qonşudan şübhələnməyə də dəyməz.

Aydın məsələdir ki, bir oğurluq hadisəsi baş verəndə polis oğrunu axtarır, tapır və məsuliyyətə cəlb edir. Bu hadisənin hüqiqi tərəfi, cinayətkarlıqla mübarizə sahəsinə aiddir. Biz isə oğurluqdan qorunma yollarını axtarmalıyıq ki, ümumiyyətlə, zərərçəkənə çevrilməyək. Təbii ki, həyati hadisələrdə hazır resept olmur, hər şey situasiyaya görə dəyişir. Lakin qabaqlayıcı tədbirlərin effektinə inanan mütəxəssislər hesab edir ki, bəzi preventiv tədbirlərin qarşılığında mənzilləri oğrulardan qorumaq mümkündür.

Birincisi, evinizdə tək olduğunuz zaman qapını tanımadığınız adamlara açmayın. Bu, əsas və demək olar ki, hamının əməl etməli olduğu qaydadır. Evdə olmadığınız müddətdə pəncərələrinizin də bağlı qalmasına eyni həssaslığın göstərilməsi tövsiyə olunur. Oğurluq etmək istəyən şəxs uzun müddət vaxt sərf edib, səs-küylə bağlı pəncərədən keçməz. Şüşəni sındırıb girmək də diqqət çəkə bilər, əgər pəncərəyə əlavə kilid taxılıbsa, oğrular şüşəni qırdıqdan sonra belə pəncərəni açmağa cəhd etməyəcək. Ümumiyyətlə yaxşı olar ki, balkon qapısı və pəncərələrinin sağlam dəmir çərçivəsi olsun. Bu yalnız birinci mərtəbələrə aid deyil, 2-3-cü mərtəbədə olan mənzillərə də şamil edilir. Çünki oğru üçün bir-iki mərtəbə yuxarı qalxmaq problem deyil.

Mənzilinizi etibarlı mühafizə etmək üçün giriş qapısında ikili kilidin olmasına diqqət etməyiniz məsləhətdir. Bu, kilidin sındırılması və ya açarseçmə yolu ilə qapının açılmasını əngəlləyir. Söz var, deyirlər, kilidli olmayan polad qapının taxta qapıdan fərqi yoxdur. Bundan əlavə, gecələr qapının arxasında təhlükəsizlik zənciri bağlı saxlanılmalıdır ki, rahat yata biləsiniz. Evinizə və ya iş yerinizə yeni daşınıbsınızsa, qapı kilidlərini mütləq dəyişdirin. Hətta mənzilinizi müvəqqəti də olsa tərk etməli olsanız, bütün işıqları söndürməyin. Nəzərə alın ki, işığın parıltısına yalnız pərvanələr gəlir, oğrular isə qaçır...

Əgər qapını, qeyd etdiyimiz kimi, iki yerdən kilidləyib açarı ayaqaltında, ayaqqabı içində, elektrik, qaz sayğaçının künc-bucağında gizlədəcəksinizsə, deməli, oğruları o qədər də ciddiyə almırsınız. Ya da polisin oğruları tapıb sizə dəymiş maddi ziyanın ödəniləcəyinə əminsiniz.

Bəzən qapıyacan gələn səyyar satıcıları, bəxtinizi bağlamış cin-şeytanı "tutmaq” üçün evinizə girmək istəyən falçını, baxıcını, "cintutan”ı da içəri buraxmayın. Əks halda bəxt arayarkən, qiymətli əşyarlarınızı "itirə bilərsiniz”. Artıq bu kimi cinayətlər paytaxtda, eləcə də ətraf rayonlarda bir neçə dəfə baş verib və qızıl-zinət əşyalarını oğurlatmış ev sahiblərinin köməyinə yalnız polis çatıb.

Texniki önləmlərlə yanaşı yaşadığınız binada, məhəllədə qonşularla münasibət də sizi "əli əyrilər”in həmləsindən qoruya bilər. Ekspertlər qonşuluq əlaqələrinin yaxşı olmasının oğrular üçün çəkindirici faktor kimi dəyərləndirirlər. Qonşuların bir-birilərini xəbərdar etmə, onların həmrəyliyi ümumən hər hansı hüquq pozuntusuna qarşı ictimai cəbhə yarada biləcəyi qeyd edilir.

Görülmüş bütün tədbirlərə baxmayaraq, evə qayıtdığınızda pəncərə şüşəsinin qırıldığını və ya qapı kilidinin sındırıldığını gördüyünüz anda, oğruların hələ də içəridə ola biləcəyini ehtimal edib, evə girmək lazım deyil. Dərhal polisi məlumat verib ("102” Zəng Mərkəzi) evi nəzarətdə saxlamaq işin xeyrinədir. Və yaxud ola bilər ki, gecə yarsı evinizdə ayaq səsləri eşidərək oyana bilərsiniz. Belə bir vəziyyətlə qarşılaşan insana özünü nə yatırmış kimi göstərmək, nə də oğrunu tutmaq həvəsinə düşməmək tövsiyə edilir. Hər iki davranış həyatınız üçün risklidir. İşığı yandırıb evdə hərəkət etmək, tək olsanız belə guya kiminləsə danışırmış kimi yüksək səslə danışmaqla oğrunu qaçmağa məcbur edə bilərsiniz.

Nəhayət bütün bu proseslərin sonunda "qızıl qayda” gəlir. Artıq mülkiyyət əleyhinə cinayət baş veribsə, heç bir şeyə toxunmadan polisə xəbər vermək lazımdır. Unutmayın ki, oğrunu tutmaq yalnız onun buraxdığı cinayət izləri ilə mümkündür. Panikaya düşüb gizlətdiyiniz əşyaların oğrunun tapıb-tapmadığını öyrənmək üçün ev əşyalarını ələk-vələk etməyiniz işin yalnız ziyanınadır.

Qeyd etdiyimiz kimi, bütün bu tədbirlər öz imkanlarınız daxilində görə biləcəyiniz qabaqlayıcı tədbirlərdir. Əmlakınızın qorunmasını peşəkarlara həvalə etməyiniz isə oğrularla mübarizənin ən doğru yolu hesab edilə bilər. Belə ki, məlum olduğu kimi, DİN-in Baş Mühafizə İdarəsinin respublikanın bütün şəhər və rayonlarında bölmələri fəaliyyət göstərir. Bu qurumla müvafiq müqvilə bağlandıqdan sonra mənzil və obyektlərdə xüsusi təhlükəsizlik sistemləri quraşdırılır. Belə müasir texniki vasitələrin "hissiyatı” o dərəcədə yüksəkdir ki, mənzildə, hər hansı obyektdə baş verən ən cüzi dəyişiklikləri belə qeydə ala bilir.

Verilən məlumata görə, mühafizə olunan obyektə kənar şəxslərin müdaxiləsi zamanı, siqnalizasiya sistemlərindən mərkəzləşdirilmiş mühafizə mərkəzinə həyəcan siqnalı daxil olur. Məlumat dərhal ərazidə xidmət aparan polis naryadlarına ötürülür. "Həyəcan siqnalı”nın daxil olmasından polis əməkdaşlarının hadisə yerinə gəlmələrinə qədər olan vaxt, adətən, beş dəqiqədən artıq çəkmir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ