Bakı şəhərində avtoxuliqanlıqla məşğul olan şəxslər tutulub. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, idarənin əməkdaşları paytaxt ərazisində avtoxuliqanlıq, sərxoş halda və sənədsiz nəqliyyat vasitələrini idarə edən şəxsləri saxlayıb. Saxlanılanlardan 3-ü avtoxuliqan, 5-i sərxoş halda nəqliyyat vasitəsini idarə edən, 4-ü isə sənədsiz avtomobil idarə edən şəxslərdir.