Xırdalan bazarında silahlı insident baş verib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan Mərkəzi Bazarında qeydə alınıb.
İlkin məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs bacısına atəş açaraq onu yaralayıb.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1963-cü il təvəllüdlü Nadir İbrahiməli oğlu Abduləliyev aralarında yaranan münaqişə zəminində bacısı, 1965-ci il təvəllüdlü Aybəniz İbrahiməli qızı Lətifovaya tüfəngdən atəş açıb.