Azərbaycanda tibbi xidmətin yaxşılaşdırılması nəticəsində penitensiar müəssisələrdə son illərdə xəstəlikdən ölüm 15 dəfə, vətəmdən ölüm isə 58 dəfə azalıb.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda həmçinin qeyd edilir ki, hesabat dövründə cəzaçəkmə müəssisələrinin tibbi-sanitar hissələrində daha 5 "sağlamlıq otağı” yaradılıb, bununla da cəzaçəkmə müəssisələrinin əksəriyyətində bu cür otaqların fəaliyyət göstərməsi təmin edilib. Vərəm xəstəliyindən əziyyət çəkən 96 məhkum müalicə proqramına cəlb edilib.