Mingəçevir şəhər sakinindən saxtalaşdırılmış diplom götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əli Babakişiyevdən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi barədə saxtalaşdırılmış diplom götürülüb.