Salyanda mənzildən oğurluq edən şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Hacıhüsnü Həsənovun evindən 100 000 manat dəyərində qızıl əşyalar və 1 ədəd "Churcill” markalı tüfəng (müvafiq sənədləri olan) oğurlayan Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Şakir Ağamalıyev tutulub.