Bakıda 100 000 manatdan artıq pulu dələduzluq yolu ilə mənimsəyən dəstə zərərsizləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də saat 22:20 radələrində, Ə.Ələkbərov küçəsi, 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10.000 manat, yanvarın 28-də saat 18 radələrində, Azərbaycan prospektində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Abşeron rayon sakini 1982-ci il təvəllüdlü Elgün Ələkbərovun etibarından sui-istifadə edərək 95.000 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü, Nazim Tahir oğlu Məmmədov, 1982-ci il təvəllüdlü, Zaur İldırım oğlu Ədilov və Tovuz rayon sakini 1993-cü il təvəllüdlü İlkin Samir oğlu Bayramov tutulublar.