Daxili İşlər Nazirliyi Bakı sakinindən külli miqdarda narkotik vasitə götürüldüyü haqda məlumat yayıb.
APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elgiz Sadıqovdan 5,32 qram marixuana götürülüb: "Ona məxsus "Mercedes” markalı avtomobilə baxış zamanı isə əlavə 1 kiloqram 505 qram marixuana aşkar edilərək götürülüb".
Qeyd edək ki, E. Sadıqov bu yaxınlarda Müsavat Partiyasından xaric edilən Əlövsət Sadıqlının oğludur.