Bakıda vətəndaşın bank hesabından 3000 manata yaxın pulu oğurlayan şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ Cinayət Axtarış Şöbəsi və 1-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin dekabrın 1-də Bakı şəhər sakini Vahid Sadata məxsus şəxsi bank hesablarından 2964 manat nağd pulu çıxararaq oğurlayan Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Elxan Cahangirov tutulub.