Moskvada azərbaycanlıların ölümü ilə nəticələnən silahlı insidentin təfərrüatları məlum olub.
Vesti.az-ın məlumatına görə, silahlı insident Moskvadakı "Abşeron” kafesində "Lotu Quli” (Nadir Səlifov) tərafarları ilə "Dato Ağcabədinski” ləqəbli əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşma arasında olub. Nəticədə "Dato Ağcabədinski” və onun yaxın adamı olan "Natiq Əlibayramlınski” qətlə yetirilib.
Rusiyadakı mənbələrdən vesti.az-a daxil olan məlumata görə, onları əslən Gəncədən olan "Lotu Quli”nin adamları güllələyib.
Şirvan şəhər Polis idarəsindən "Natiq Əlibayramlinski”nin qətlə yetirilməsini təsdiqləyiblər.