Rusiyanın Sankt Peterburq şəhərində iki azərbaycanlının qətli ilə nəticələnən insidentin iştirakçıları saxlanıb. APA-nın Rusiya bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəndə iştirakda şübhəli bilinən üç nəfər Vıborq şəhərində yaxalanıb.
Saxlanılan şəxslərin qətl törədilən zaman hadisə yerində olduğu bildirilir. Onların qətldə iştirakının olub-olmadığı araşdırılır.
Qeyd edək ki, hadisə fevralın 1-də Sankt-Peterburqun Poqraniçnik Qarkavov küçəsində yerləşən "Qurman” kafesində baş verib.
Kafenin sahibi ilə müştəriləri arasında baş verən mübahisə zamanı travmatik silahdan açılan atəş nəticəsində iki azərbaycanlı öldürülüb.
Gürcüstan Respublikası Marneuli rayonunun sakini, 29 yaşlı Vüsal Əfəndiyev hadisə yerində keçinib.
Kafenin sahibi olan digər azərbaycanlı 46 yaşlı Azərbaycan vətəndaşı Nazim Səmədov isə xəstəxanada ölüb.