Mingəçevir şəhərində toy mərasimində baş verən dava bıçaqlanma ilə nəticələnib. APA-nın yerli bürosunun xəbərinə görə, mərasim zamanı spirtli içki qəbul etmiş qohumlar arasında dava zamanı gəlinin atası, Qax rayonu Çüdüllü kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Şahin Süleyman oğlu bıçaqlanıb.
O, təcili Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.
Hadisəni bəyin qohumu Murad adlı şəxs tərəfindən törədildiyi bildirilir.