Moskvada kriminal aləmin liderlərinin toplantısı hüquq-mühafizə orqanları tərəfindən dağıdılıb, 50 nəfər saxlanılıb. APA-nın "TASS” agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında "Yunus” ləqəbli 54 yaşlı azərbaycanlı "qanuni oğru” da var.
Rusiya Daxili İşlər Nazirliyi əməliyyatçıları tərəfindən həyata keçirilən əməliyyat Moskvanın Şərq Administrativ Dairəsindəki restoranların birində baş tutub.
İlkin məlumata görə, kriminal aləmin nümayəndələri məhkumların maliyyələşdirilməsi, eləcə də vəsaitlərin bölüşdürülməsi məsələlərini müzakirə etməyi planlaşdırıb.
Hazırda saxlanılan şəxslərin hər hansı cinayətdə əllərinin olub-olmaması, Federal Miqrasiya Xidməti tərəfindən isə onların Rusiyada olmasının qanuniliyi araşdırılır.