Rusiyanın Surqut şəhərində yerli biznesmenin qaçırılmasında Azərbaycan vətəndaşı şübhəli bilinir. APA-nın uralinform.ru saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 16-da baş verib.
49 yaşlı yerli sahibkar Barat Əkbərov naməlum şəxslər tərəfindən qaçırılıb. Rusiya Daxili İşlər Nazirliyinin Xantı-Mansiysk Muxtar Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata əsasən, ət istehsalı ilə məşğul olan biznesmen evinin yaxınlığında "Moskviç-2141” markalı maşınla naməlum istiqamətə qaçırılıb. Hadisə yerindən onun qanlı papağı tapılıb.
Polisə avtomobilin Azərbaycan vətəndaşına məxsus olduğu məlumdur.