"AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub. APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası yanvarın 29-na təyin edilib. Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev sədrlik edəcək.