Qax rayonunda ana ölümü ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət içi başlanıb. İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva bu gün doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.