Bakının "Sahil” bağında naməlum şəxs bıçaqla bir nəfəri öldürüb və digərinə isə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 6-da Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib.