Azərbaycanda yetkinlik yaşına çatmamış qızını qaçıran şəxs tutulub. APA xəbər verir ki, hadisə Masallı rayonunda qeydə alınıb. Masallı rayon sakini, orta məktəb şagirdi (Ə. G) naməlum şəxs tərəfindən qaçırılıb.
Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Bəhruz Rəhimov Bakı şəhərinə qaçarkən yolda saxlanılıb. Qız ailəsinə təhvil verilib.
Məlumata görə, qaçırılan qız Daşkəsən rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin qohumudur.