Bakıda daha bir dələduzluq hadisəsi qeydə alınıb. Lent.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsi, 8-ci Polis Bölməsinə müraciət edən 1992-ci il təvəllüdlü Asulov Aslanbəy Tofiq oğlu bildirib ki, onun 5300 manat pulu mənimsənilib.
Şikayətçi qeyd edib ki, mayın 15-də Salyan yolu küçəsi 30-un qarşısında tanışı, 1984-cü il təvəllüdlü Rüstəmov Cabir Nəriman oğluna onu işə düzəltməsi üçün 5300 manat verib. lakin C.Rüstəmov vədinə əməl etməyib və pulu qaytarmaqdan da imtina edib.