Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Quesnet” şirkətinin əməkdaşları Furqan Babayev, Rasim Muradzadə, Nəsir Hüseynov, Əhliman Camalov və Oruc Rüstəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə zamində olan təqsirləndirilən şəxs Oruc Rüstəmovun həbs olunması barədə qərar qəbul edilib və o, məhkəmə zalında həbs edilib.
Prosesin baxış iclası isə dekabrın 29-na təyin edilib.
Qeyd edək ki, digər təqsirləndirilən şəxslərin barəsində istintaq zamanı həbs qətimkan tədbiri seçilsə də , O. Rüstəmov barəsində bu qərar olmayıb.