Sinqapurdan Bakıya poçt bağlamada silah göndərdilər. Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Nəsimi RPİ İstintaq Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sinqapur Respublikasından Bakı şəhər sakini, Süleyman Məmmədovun adına alət kimi bəyan olunmuş poçt bağlamadan 1 ədəd soyuq silah olan "beşbarmaq” aşkar olunaraq götürülüb.