"Azərbaycanda üç yeni tipli cəzaçəkmə müəssisəsi tikilib. Respublikanın regionlarında 7 cəzaçəkmə müəssisəsi tikilir”. APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev 6 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən "Din və dövlət münasibətləri” adlı tədbirdə çıxış edərkən deyib.