Sumqayıt şəhəri 17-ci mikrorayon bina 45-in qarşısında 20 kvadrat metrlik mağaza işlədən Təbriz Atamoğlanovun dükanı qarət olunub. Anspress bildirir ki, şəhid ailəsi olan Atamoğlanovlar ailəsinin tək qazanc məbəyi olan bu dükan bu gecə qarətə məruz qalıb.
Zərərçəkənin sözlərinə görə, buna kimi iki dəfə eyni əmələ məruz qaldığından obyektə müşahidə kamerası da quraşdırıb. Kameranın görüntülərinə düşən naməlum şəxs gecə 3:00 radələrində mağazanın qapısının sındıraraq içəri daxil olub. Təxminən 7-8 dəqiqə içəridə var-gəl edən həmin şəxs tütün məlumatlarını oğurlayıb. Amma çıxarkən kassada olan qəpik pulları da mənimsəyib.
Zərərçəkən Təbriz Atamoğlanovun sözlərinə görə, bu mağazada oğurluq avqusta ayında baş vermişdir. Bu zaman mağaza sahibinə beş min manat dəyərində ziyan dəyib. O oğurluq faktı ilə bağlı istintaq davam etsə də hələ bir nəticə vermədiyini deyir.
Məlum oğurluq əməli ilə bağlı məlumat alan şəhər polisi də obyektə baş çəkib. Əl-barmaq izləri götürməklə yanaşı kamera görüntülərini də izləyiblər. Şəhər Polis İdarəsindən bildirildi ki, son oğurluq faktı ilə bağlı araşdırmlar aparılır və cinayət işinin başlanacağı da gözlənilir.