"AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.
Vəkil Əkbər Bağırov onu da bildirib ki, Abdulla Abdullayevin həbsdə qalma müddəti uzadılıb: "Binəqədi rayon Məhkəməsinin qərarı ilə A. Abdullayevin həbsdə qalma müddəti fevralın 4-nə kimi uzadılıb. Həmin qərardan apellyasiya şikayəti vermişik. Şikayətimizə dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq”.