Gədəbəydə aptek müdirini vurublar. Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gədəbəydə üzü maskalı şəxs aptek müdirinin başına çəkiclə vuraraq onu qarət edib.
Hadisə rayonun mərkəzində baş verib. Rayon sakini 65 yaşlı Əfraim Hacıyev axşam işlədiyi apteki bağlayıb evə gedərkən üzü maskalı bir nəfər arxadan ona yaxınlaşaraq başına çəkiclə 3-4 zərbə vuraraq yerə yıxıb. Daha sonra o Əfraim Hacıyevi bıçaqla hədələyib və üstündəki bütün pulları götürərək hadisə yerindən qaçıb.