Dekabrın 3-də Bakının Binəqədi rayonundakı "909 gecə” adlı kafedə kütləvi dava baş verib. Binəqədi rayon Polis İdarəsindən Vesti.az-a verilən məlumata görə, saat 20.00 radələrində sərxoş olan 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu və onun üç dostu kafenin inzibatçısı 1980-ci il təvəllüdlü Rüstəmov Səməndər Nihat oğlunu, musiqiçiləri və gözdən əlil sintezator çalanı döyüblər. Davanı törədən şəxslər gözdən əlil olan şəxsin sintezatorunu da sındırıblar.