Bazar günü günü, 28 iyun 2026
     

"Lotu Quli" Moskva türməsində qanlı qırğın saldı

Image


Azərbaycanlı "qanuni oğru”lar Moskvadakı "Matrosskaya tişina” istintaq təcridxanasında əsl qanlı "razborka”ya çıxıblar. Virtualaz.org saytı "Rosbalt”a istinadən xəbər verir ki, artıq ikinci həftədir orada kütləvi dava-dalaş gedir, təcridxananın lazareti (xəstəxana) isə yaralılarla doludur.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrdən agentliyə verilən məlumata görə, başda killer "Nazim Xromoy” (Nazim Hümbətov) və kriminal avtoritet Erdak Lənkəranski olmaqla 30-dək adam ötən həftə "Zayka” ləqəbli avtoritet Zaur Əliyevin saxlandığı "Matrosskaya tişina” istintaq təcridxanasının kamerasına soxulub.

Onlar əlləri qandalda olan "Zayka”nı amansızcasına döyüblər. Bütün bu proses bir neçə mobil telefonla çəkilib. Bu olanlar üstəlik skype vasitəsilə "Lotu Quli”nin (Nadir Səlifov) uzunmüddətli cəza çəkdiyi Azərbaycan türməsinə - Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsinə translyasiya olunub. Çünki bu amansız qisasın təşkilatçısı məhz "Lotu Quli” olub.

Dekabrın 2-də isə buna cavab gəlib. "Matrosskaya tişina” təcridxanasının "smotryaşi”si olan "qanuni oğru” Nukri Qalski (Nukri Doçiya) digər məhbusları başına yığaraq "Zayka”ya hücum edənlərin 7-sini vəhşicəsinə döyüb. Döyülənlər arasında ən ağır xəsarət alanlar "Nazim Xromoy” və Erdak Lənkəranskidir. Döyülən digər şəxslər kimi onlar da hazırda təcridxananın lazaretində müalicə olunurlar.

"Lotu Quli” ilə Rövşən Lənkəranski (Rövşən Canıyev) barışmaz düşmənlərdir. Lakin onlar Zaur Əliyevə bir-birlərinə nifrət etdiklərindən daha çox nifrət edirlər. Hər iki "qanuni oğru” "Zayka”nı sıradan çıxarmaq, "başa salmaq” üçün bir müddət hətta güclərini də birləşdirmişdilər.

"Rosbalt” bildirir ki, "Zayka”nı bir neçə saat dayanmadan döyüb və işgəncə veriblər. Onun sifətində salamat yer qalmayıb. "Zayka”nı döyənlər ondan köhnənin təhqiramiz söhbətinə görə "Lotu Quli”dən Skype vasitəsilə üzr istəməyi tələb ediblər. Zaur Əliyevə yaxın mənbələr bildiriblər ki, "Zayka” yalnız bir məsələdən - hücum edən şəxslərin onun hamilə həyat yoldaşını elə kameradanca telefonla hədələyəndən sonra "sınıb”.

"Matrosskaya tişina”dakı hadisə dərhal ən nüfuzlu "qanuni oğru”ların əsas müzakirə mövzusuna çevrilib.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, kriminal aləmdə faktiki olaraq yeni müharibə başlayıb və bu savaşın hələ çox qurbanları ola bilər.

Böyük qardaşlarının və valideynlərinin əzizləmə mənasında "Zayka” deyə çağırdığı Zaur Əliyev Moskvaya təxminən 15 il öncə gedib və azərbaycanlı kriminallar arasında liderə çevrilib. O, buna iki yaxın dostunun - nüfuzlu "qanuni oğru”lar Kamo Qorkovski (Kamo Səfəryan) və Rəşad Gəncinskinin (Rəşad İsmayılov) dəstəyi sayəsində nail olub. Z.Əliyevin briqadası Rusiyadakı azərbaycanlıların iki ən qüdrətli cinayətkar qruplaşmasına - "Lotu Quli” ilə Rövşən Lənkəranskinin qruplarına faktiki olaraq rəqib olub. "Zayka” bu iki avtoritetlə daimi münaqişədə imiş.

8 il qabaq "Lotu Quli”nin adamları "Zayka”ya bağlı biznesmenlərdən nəhəng məbləğdə pul tələb edib. Bu qruplaşmanın üzvləri arasında pul məsələsinə görə çoxsaylı "razborka”lar baş verib. Axırda qruplaşma liderləri özləri birbaşa danışmağa qərar veriblər. Lakin "qanuni oğru”ların öz aralarındakı telefon söhbəti alınmayıb. "Zayka” "Lotu Quli”ni telefonda təhqir edib. Tərəflər arasındakı müharibə bundan sonra daha da qızışıb. 2013-2014-cü illərdə daha da amansız şəkil alıb. "Zayka” ilə "Lotu Quli”nina damları onda Rövşən Lənkəranskinin adamlarını bir sıra bazarlardan sıxışdırmağa başlamışdılar. Lakin boşalan yerləri daha çox "Zayka”nın adamları ələ keçirirdi. Bu qarşıdurma atışmalara keçdi. Son bir il ərzində belə "razborka”larda 10-dan çox adam, o cümlədən Rövşən Lənkəranskinin yaxın adamı Rövşən Somaya öldürüldü.

Bu ilin noyabrında Moskva polisi "Zayka”nı və onun briqadasının 4 üzvünü silahla tutdu. Onlar məhkəmənin qərarı ilə həbs edildilər. "Zayka”nı "Lotu Quli”nin və Rövşən Lənkəranskinin xeyli adamının cəza çəkdiyi "Matrosskaya tişina”ya göndərdilər. "Lotu Quli”yə yaxın olan və hazırda Moskvada 4 nəfəri güllələməkdə ittiham edilən killer Nazim Hümbətov da bu təcridxanada saxlanır. "Zayka” ilə haqq-hesab da elə burada çəkilib.

"Rosbalt” bildirir ki, "razborka” bundan sonra daha da qızışıb. "Qanuni oğru”lar arasında böyük nüfuza malik olan Kamo Səfəryan təcridxanadakı bu "bespredel”ə ilk etiraz edənlərdən olub. "Lotu Quli”nin adamları cavabında bildiriblər ki, "Zayka” "qanuni oğru” olmadığı halda "qanuni oğru”nu təhqir etdiyi üçün bunun hesabını verməli və cəzasını almalıdır. "Zayka”nın adamları isə öz fikirlərini söyləyiblər. Onlar da deyiblər ki, "Zayka” "Lotu Quli”ni təhqir edəndə sonuncunun "oğru” titulu artıq əlindən alınmışdı, üstəlik "Lotu Quli”nin adamları "Zayka”nı o, azadlıqda olanda cəzalandıra bilərdilər, amma bunu nədənsə etməyiblər...

"Qanuni oğru”lar sonda belə qərara gəliblər ki, "Zayka” təcridxananın "smotryaşi”si Nukri Doçiya bu haqda əvvəlcədən xəbərdar edilmədən döyüldüyü, üstəlik, bu davadan sonra "Matrossakaya tişina”dakı rejim sərtləşəcəyi üçün "Zayka”nı döyənlər cəzalandırılmalıdır. Nəticədə həmin adamlar, yəni "Lotu Quli”nin adamları da döyülüb.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, baş verənlər artıq "Şakro Molodoy” ləqəbli nüfuzli kriminal avtoritet Zaxari Kalaşovu da narahat edib. O, azərbaycanlı "qanuni oğru”ların hazırda çox özbaşınalıq etdiyini və bu sahədə qayda-qanun yaratmaq lazım olduğunu deyib. Bildirib ki, azərbaycanlı "qanuni oğru”ların bütöv bir dəstəsinin "oğru” titulunu yenidən nəzərdən keçirməyin vaxtı çatıb.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

28.06.2026 / 22:11
Kaja Kallas üçün yolun sonu göründü…

28.06.2026 / 21:44
Putinin qızının rəhbərlik etdiyi Fondun yaxınlığında zenit-raket kompleksi qurulur - İlginc…

28.06.2026 / 20:32
Zelenski Azərbaycan diasporunun rəhbərini təltif edib

28.06.2026 / 14:26
“Rusiya ilə əlaqələrin kəsilməsi ermənilər üçün ağır nəticələrə səbəb olacaq” - Medvedev

28.06.2026 / 14:01
Rusiyada yanacaq böhranı dərinləşir - Hindistan və Qazaxıstandan benzin idxalı başlayır...

28.06.2026 / 13:47
Kılıçdaroğlu özünü Atatürklə müqayisə etdi, cavab sərt oldu – “Ona millət xain demədi, amma sənə..."

28.06.2026 / 13:30
Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

28.06.2026 / 12:53
Serbiyanı şoka salan qərar... Vuçiç rəsmən elan etdi – istefa verirəm...

28.06.2026 / 12:31
UFC döyüşçüsü Rafael Fiziyev bir gündə 100 min dollar qazandı

28.06.2026 / 12:07
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı

28.06.2026 / 11:42
Rusiya Azərbaycan üzərindən Ermənistana 770 ton buğda göndərdi

28.06.2026 / 10:55
Tramp "Ankoric sazişlərini" ləğv edə bilər…

28.06.2026 / 10:46
Türkiyəyə 700 milyon dollarlıq təyyarə mühərrikləri satışı erməni lobbisinin yuxusunu qaçırdı - ANCA hərəkətə keçdi

28.06.2026 / 09:58
İstilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb

28.06.2026 / 09:11
Reuters: “İranın regional hücumları davam edir”

28.06.2026 / 09:06
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

28.06.2026 / 08:36
Kılıçdaroğlu Özəli fraksiya sədrliyindən də uzaqlaşdırır - Bacaracaqmı?..

28.06.2026 / 08:06
Hizbullah İsrail-Livan sazişinə etiraz etdi - “…rüsvayçılıqdır”…

28.06.2026 / 07:32
ABŞ yenə İranı vurdu, İran Küveyt və Bəhreynlə qarşılıq verdi - savaş yenidən başlayır?..

28.06.2026 / 07:18
Avrokomissiyanın qərargahında kondisioner söndürüldü - anomal istilər səbəbindən…

27.06.2026 / 21:08
Pentaqonda əsrin ən böyük qalmaqalı - Rusiya, Çin kəşfiyyatlarının izində olduğu Ağ Evdəki iki gizli casus ifşa edildi...

27.06.2026 / 20:35
Üzərində Trampın portreti olan yeni ABŞ pasportu təqdim edildi - Amerika tarixində bir ilk...

27.06.2026 / 19:48
Fransa Afrikada daha bir zərbə aldı - Burkina Faso Parislə diplomatik əlaqələri kəsdi...

27.06.2026 / 19:10
Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

27.06.2026 / 17:51
Milyarder ABŞ səfirinin 450 milyonluq superyaxtası Venesiyanı ayağa qaldırdı – onun əyləncəsini məhv edəcəyik...

27.06.2026 / 17:29
Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb

27.06.2026 / 17:14
İsrail və Livan Vaşinqtonda tarixi saziş imzaladı – “Hizbullah” silahı yerə qoymaqdan imtina etdi...

27.06.2026 / 16:39
Ukraynadan Putini özündən çıxaracaq addım - Volqoqradda hərbi zavod vuruldu...

27.06.2026 / 16:10
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı

27.06.2026 / 15:59
Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib...

27.06.2026 / 15:46
Netanyahu qondarma " erməni soyqırımını" tanısa, ağır cavab zərbəsi alacaq...

27.06.2026 / 15:28
“Uğurlu gələcək” adlı sərgi təşkil olundu

27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

27.06.2026 / 11:49
Tramp NATO Zirvəsi ərəfəsində Avropa ölkələrini 100 faiz tariflə hədələdi...

27.06.2026 / 11:30
DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqladı

27.06.2026 / 11:23
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib - FOTO

27.06.2026 / 11:17
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO

27.06.2026 / 11:11
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO

27.06.2026 / 10:36
Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı – “Ermənistan iqtisadiyyatı çökə bilər” xəbərdarlığı...

27.06.2026 / 10:15
Yol Polisindən piyada və sürücülərə müraciət - görünüş məsafəsi məhdudlaşır...

27.06.2026 / 09:50
Venesuelada son 126 ilin ən DƏHŞƏTLİ ZƏLZƏLƏSİ - ölənlərin sayı minə çatır, ən azı 50 min nəfərdən xəbər yoxdur...

27.06.2026 / 09:32
Yaxın Şərqdə müharibə yenidən başladı – ABŞ İranı, İran Körfəz ölkələrini bombaladı...

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ