DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam edir.
Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıb. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Elçin İsgəndərov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətirilib.
Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.