Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və oğurluqla məşğul olan cinayətkar qrup ifşa edilib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Narkotikə qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilinən qrup, Bakı şəhər sakinləri – 1989-cü il təvəllüdlü Ruslan Babayev, Zaur Kazımov, Nazim Babayev yaxalanaraq istintaqa təhvil verilib.