Avstriyanın Vyana şəhərində keçirilən görüş zamanı OPEC üzvü ölkələrin nazirləri OPEC+ sazişi çərivəsində neft hasilatını koronavirus təhlükəsi ilə əlaqədar sutkada 1,5 milyon barrel azaltmaq qərarına gəlib.
“Trend”in məlumatına görə, bununla bağlı yekun qərar Rusiyanın bu razılaşmaya qoşulub-qoşulmamasından asılı olacaq.
Yekun qərarın ən geci martın 6-da qəbul olunacağı gözlənir.