Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan neftinin Avropaya yeni maraqlı çıxış marşrutu – məşhur Odessa-Brodı kəməri “dirildilir”

Image


Məlum olduğu kimi, MDB məkanında ölkəmizin əsas müttəfiqlərindən biri olan Belarus neft ehtyiacını ödəmək üçün Azərbaycandan “qara qızıl”ın alınmasında maraqlıdır. Bu xüsusda gündəmə gələn məsələlərdən biri də Azərbaycan neftinin Ukrayna vasitəsilə Belarusa çatdırılmasıdır. Bunun üçün Odessa-Brodı kəmərindən istifadə də gündəmdədir.

Qeyd edək ki, Odessa-Brodı kəməri Qara dənizdə Odessa və Lvov vilayətində Brodı şəhərində 2001-ci ildə inşa edilib. Burada o, "Drujba" boru kəməri ilə birləşir. Müxtəlif vaxtlarda bu boru kəməri Rusiya neftini kiçik həcmlərlə Brodıdan Odessaya, Belarusa tədarük edib. Qalan vaxtlarda, demək olar, kəmər istifadəsiz qalıb. İndi Ukrayna bu kəmərin aktiv şəkildə istifadə edilməsində olduqca maraqlıdır. Amma bu kəmərdən istifadə indiki halda digər parametrlər baxımından Azərbaycan üçün maraqlıdır. Çünki bu, Azərbaycan neftinin tamam yeni bir marşrutla Avropaya çatdırılması deməkdir. Belə ki, bu zaman neft Azərbaycandan Ukrayna ərazisi ilə Çexiya, Macarıstan, Slovakiya kimi Mərkəzi Avropa ölkələrinə də nəql edilə bilər. Qeyd edək ki, Odessa-Brodı neft boru kəmərinin illik ötürücülük qabiliyyəti 14,5 milyon ton təşkil edir.

“Sarmathia” beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka da bildirir ki, Odessa-Brodı Xəzər neftinin yeni marşrutla Avropaya çatdırılmasçı deməkdir: "Ukraynada Odessa-Brodı boru kəmərindən neft nəqlinin bərpası ilə Avrasiya Nəqliyyat Dəhlizinin hazırda yeganə çatışmayan halqası olan Polşa ərazisindəki Brodı–Adamova Zastava neft kəməri layihəsini tezləşdirə bilər". Burada bir daha xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mart ayında Belarusa Odessa-Brodı kəməri vasitəsilə iki tanker, yəni 160 min tona yaxın neft ixrac etməyi nəzərdə tutur. Sergey Skripka isə “report”a açıqlamasında bildirib ki, Azərbaycan və Xəzər neftini Odessa-Brodı kəməri ilə daha müntəzəm nəql edincə eyni layihənin parçası olan Brodı-Adamova Zastava kəməri də bir o qədər tez tikilib istifadəyə veriləcək: “Ukrayna 2011-ci ildə də Belarusda emal olunması üçün Odessa-Brodı kəmərilə neft nəql edib. Həmin neft Belarusun əvvəlcə Venesueladan aldığı neftin sonradan “Azerilight”la əvəzlənməsi ilə bağlı SOCAR-ın da iştirak etdiyi birillik müqavilə çərçivəsində tədarük edilirdi. Brodı-Adamova Zastava boru kəmərinin ötən il təsdiqlənmiş texniki iqtisadi əsaslanmasına görə, kəmərlə nəql olunacaq neftin əsasən Polşa və Almaniya müəssisələrində emal ediləcəyi bildirilir. Bu layihənin həyata keçirilməsi ilə Xəzər ölkələri neftlərini Avropa bazarına çıxarmaq üçün əlavə etibarlı ixrac marşrutu əldə edəcəklər. Bu xəttin 377 kilometrlik uzunluğunun 120 kilometri Ukrayna, 257 kilometri isə Polşa ərazisindən keçəcək. Layihənin ümumi dəyəri 360 milyon avrodur". S.Skripka hazırda layihə çərçivəsində mövcud yol infrastrukturunun istifadəsinə dair aidiyyəti qurumlar arasında razılaşdırmaların həyata keçirildiyini qeyd edib.

Xatırladaq ki, 2004-cü il iyulun 12-də Ukraynanın “Ukrtransnafta” və Polşanın "PERN Prznyjazn” şirkətlərinin yaratdığı “Sarmathia” MMC-nin iştirakçıları arasında SOCAR-ın özünün də 25,32 faiz payı var. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan nefti artıq Ukrayna, Polşa vasitəsilə yeni bir marşrutla Avropaya çatacaq. Özü də bu prosesdə bütün iştirakçılar maraqlıdır.

İndilikdə isə ilk növbədə Belarus Azərbaycandan neft nəqlinə xüsusi maraq göstərir. Bu ölkənin “Qomeltransneft Drujba” şirkətinin baş mühəndisi Andrey Veriqo bildirir ki, Belarusun “Qomeltransneft Drujba” magistral neft boru kəmərinin operatoru Azərbaycan neftini Ukraynadan Odessa-Brodı neft boru kəməri ilə Mozır neftayırma zavoduna tədarük etməyə praktik olaraq hazırdır: “Bu, normal nəql prosesidir. Ukraynadakı operator “Ukrtransnafta”dır, şirkət bütün avadanlıqları yaxşı vəziyyətdə saxlayır. Boru kəməri heç vaxt istismardan çıxarılmayıb, texniki emal nefti ilə doldurulub, istismara hazırdır”. Onun sözlərinə görə, Belarus tərəfi hələ 2011-ci ildə Qara dəniz vasitəsilə Odessadan neft nəql edib:“Boru kəməri sistemimiz həmin vaxt da işləyib, indi də işləməyə hazırdır”. O, Belarusa neft tədarükünün mart ayında Odessa limanına tankerlərin gəlişindən sonra planlaşdırıldığını təsdiqləyib.

Hazırda Azərbaycanla Belarus və Ukrayna arasında energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilir. Hətta Ukraynanın TANAP qaz kəmərinə qoşulması da gündəmdə qalır. TANAP əlavə qaz kəməri infrastrukturu inşa etmədən Ukraynaya qaz nəqlinə imkan verir. Belə ki, Türkiyədən  Bolqarıstana, Bolqarıstandan Rumıniyaya, Rumıniyadan Ukraynaya boru kəməri artıq  mövcuddur. Bu məsələ üzərində də hazırda intensiv müzakirələr gedir. Proseslər göstərir ki, ümumiyyətlə, bir çox MDB və Avropa ölkələri enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə Azərbaycana etibar edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ