Cümə axşamı günü, 15 oktyabr 2026
     

Virusa görə Çin və İrandan idxalın azalması Azərbaycan bazarında fəsad törədə bilmədi – yerli istehsalımızın gücü və 2 milyardlıq idxalın cəmi 45 milyonu…

Image


Dünya üçün yeni təhdid mənbəyi sayılan koronavirus artıq qlobal iqtisadiyyata da öz təsirini göstərməyə başlayır. Ekspertlər bildirir ki, vəziyyət indiki templə davam edərsə, yaxın tezlikdə dünya ticarəti ciddi zərbələr alacaq. Artıq indidən bu proses özünü göstərir və xüsusən ölkələrarası ticarət səviyyəsi sürətlə aşağı düşür. Koronavirusun yayılmaqda davam etməsi isə ölkələrarası ticarəti hələ yaxşı heç nə gözləmədiyini deməyə əsas verir.

Dünyanın bir parçası kimi, baş verənlər ölkəmizə də təsirsiz ötüşmür. Məsələn, artıq bəllidir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə məhz koronavirus üzündən ticarət həcmi fevraldan etibarən azalmağa doğru gedir. Digər qonşumuz İranla da münasibətdə eyni hal müşahidə olunur. Yeri gəlmişkən xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus risqinin yayılması ilə əlaqədar 2020-ci il fevralın 29-dan Azərbaycan və İran arasında dövlət sərhədlərinin iki həftəlik məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub. Yaranmış vəziyyət Bakı tərəfindən İranın aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycanın bu qərarı barədə Tehrana məlumat verilib. Bildirilir ki, Tehranla əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunur. Bundan başqa, İranda müşahidə olunan koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.

İndi maraq doğuran məqamlardan biri Çin, İran kimi ölkələrdən məhsul idxalının dayanmasının Azərbaycana hansı formada təsir göstərəcəyidir. Xatırladaq ki, Çindən Azərbaycana müxtəlif adda və növdə məhsul gətirilir. Bura geyimdən tutmuş məişət avadanlıqları, elektrotexnika və digərləri daxildir. Həmin məhsullar nisbətən ucuz olması ilə seçilir. Onların  idxalının dayanması ilk növbədə qiymətlərə təsir edəcək. Amma belə vəziyyətdə yerli məhsullara, xüsusən də geyimə tələbin artması da gözlənir. İrandan isə Azərbaycana daha çox qida məhsulları ixdal olunur.  Düzdür, hazırda İrandan ölkəmizə gətirilən kənd təsərrüfatı və ərzaq məhsullarına qadağa qoyulmayıb. Amma koronavirus təhdidi böyüyərsə, belə qadağaların olması qaçılmaz sayılır. Lakin bu halda həmin məhsullara tələbin daha çox yerli istehsal hesabına təmin edilməsi proqnozlpaşdırılır. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə xatırladır ki, 2019-cu ildə Azərbaycan İrandan 45 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib: "Nəzərə alaq ki, 2019-cu ildə Azərbaycanın ümumi kənd təsərrüfatı və ərzaq məhsulları idxalı 1,9 milyard dollar olub və bunun da cəmi 45 milyon dolları İranın payına düşür. Ötən il İrandan ölkəmizə gələn məhsulların əsas hissəsini, yəni  30 faizini kartof təşkil edib. İdxalın 9 faizini xurma, 6 faizini peçenyelər, 6 faizini şəkərdən hazırlanan digər qənnadı məmulatları, 5 faizini təzə və ya qurudulmuş portağal və sair təşkil edib. İrandan idxala hər hansı bir məhdudiyyət qoyulsa, bunun bizim kənd təsərrüfatı və ərzaq bazarına ciddi təsirinin olacağını düşünmürük. Çünki ötən il İrandan bizə cəmi 54 min ton kartof gətirilib. Onu da nəzərə almaq lazımdır ki, artıq yaz mövsümündən başlayaraq bizim öz yerli kartofumuz çıxır. İndi İrandan bizə hətta kartof gəlməsə belə, bu, bazarda hər hansı bir qeyri-müəyyənlik yaratmayacaq. Çünki onsuz da bizdə bu mövsüm kartof idxalının olmadığı dövrdür. Bir də növbəti ilin qışında İrandan 40-50 min ton kartof idxalı ola bilər. İrandan ağırlıqlı olaraq bizim idxal kartofla bağlıdır. Artıq kartofun da idxal mövsümü başa çatıb, yəni nə qədər idxal edilibsə, olub, başa çatıb. İrandan kartof bir müddət gəlməsə belə, problem olmayacaq. 45 milyon dollarlıq idxalın ümumi 1,9 milyardlıq idxalın müqabilində elə də ciddi təsirinin olacağını gözləmirəm".

Digər tərəfdən ekspertlər hesab edir ki, yerli istehsalın artımı İrandan idxalı artıq tam əvəzləmək gücündədir. Elə  daxili bazarı yerli məhsullarla təmin etmək də, əslində hökumət üçün prioritet sayılır. Lakin onu da nəzərə almaq lazımdır ki, koronavirus xaricdə, məsələn, Rusiyada Azərbaycan məhsullarına tələbi artırıb. Hesab edilir ki, bu şəraitdə yerli məhsulların xaricə ixracı artsa, bu artıq daxili bazarda qiymətlərdə mütləq mənada özünü göstərəcək. Əslində, bir sıra aqrar məhsulların, məsələn, pomidorun, xiyarın qiymətində son günlərdə qeydə alınan bahalaşma onların daha çox həcmdə Rusiyaya ixracı ilə bağlıdır. Hesab edilir ki, artıq bu məsələyə inzibati formada müdaxilə vacibdir. Əks təqdirdə, daxili bazar qiymət yüksəlişi sarıdan müəyyən problemlər yaşaya bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ