02/04/2020 16:01
728 x 90

Azərbaycanda Zərgərlər və Qızıl Emalçıları assosiasiyaları yaradılacaq - YENİLƏNDİ

img

Azərbaycanda Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır. Trendin məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.

Nazir bildirib ki, ölkədə zərgərlik işinin dəstəklənməsinin təmin olunması üçün Zərgərlik Assosiasiyasının yaradılması zəruridir.

Onun sözlərinə görə, ölkənin sosial-iqtisadi inkişafı çərçivəsində İqtisadiyyat Nazirliyi qarşısında dayanan əsas tapşırıqlardan biri kiçik və orta sahibkarlıq sahələrində orta və uzun müddətdə rəqabətin təmin olunmasıdır: “Bu, qiymətli metalların hasilatında və xüsusilə də zərgərlik biznesinin inkişafı kimi tapşırıqlarda əks olunur”.

Azərbaycanda yaxın zamanlarda Qızıl Emalçıları Assosiasiyası da yaradılacaq. Bunu isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycanda "Zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.

O bildirib ki, bununla bağlı Agentlik Ədliyyə Nazirliyinə müraciət edib və nəticədə assosiasiya iki həftə ərzində qeydiyyata alınacaq

O.Məmmədov əlavə edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən qızıl emalı sahəsində fəaliyyət göstərəcək işçi qrupunun yaradılması barədə qərar qəbul edilib: “Bu qrupun tərkibində Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “AzerGold” QSC-nin, eləcə də yeni assosiasiyanın nümayəndələri təmsil olunur”.

Son xəbərlər