Cümə axşamı günü, 15 oktyabr 2026
     

Çinə 150 milyard dollar ziyan vuran koronavirus təhdidi Azərbaycan iqtisadiyyatından yan keçir…

Image


Dünya iqtisadiyyatına koronavirusun nə qədər təsir göstərəcəyi, beynəlxalq ticarətə necə təsir edəcəyi ətrafında kifayət qədər maraqlı proqnozlar verilməkdədir. Çinlə böyük ticarət əlaqəsinə malik Azərbaycan tərəfindən də baş verənlər diqqətlə izlənir. Hesablamalar göstərir ki, Azərbaycan Çindən ildə 1,4 milyard dollarlıq məhsul idxal edir. Amma koronavirus məsələsi artıq idxalın həcminə təsir edir.

Eyni zamanda o da məlumdur ki, son dövrlərdə Azərbaycandan Çinə müxtəlif məmulatların, o cümlədən şərabın ixracı xeyli artmışdı. Lakin yenə koronavirus bu prosesə təsir edir. Hesab edilir ki, koronavirus təhdidi genişlənməkdə davam edərsə, bunun Çinlə ticarət əlaqəmizə ciddi təsirləri olacaq. Amma bu problem təkcə Azərbaycan yox, Çinlə ticarət əlaqəsinə malik bütün ölkələr üçün keçərlidir. Hazırda müşahidə olunan hal  koronavirusun Çin iqtisadiyyatını çökdürməsidir. Belə ki, Çində koronavirusun yeni ştammının yayılması artıq ölkə iqtisadiyyatına öz təsirini göstərməyə başlayıb. Hesablamalara görə, 2020-ci ilin birinci rübündə dünya iqtisadiyyatında ikinci yerdə qərarlaşan Çinin itkisi, demək olar ki, 1trilyon yuan  və ya 143.1 milyard dollar təşkil edəcək. “Tayhe” analitik mərkəzinin tədqiqatçısı Cjan Çzyajuyun sözlərinə görə, hazırda iaşə sektoru, turizm və pərakəndə satış sahələri ziyana işləyir:“Ölkə rəhbərliyi davamlı olaraq epidemiyanın iqtisadiyyata təsirinin müvəqqəti və qısamüddətli olduğunu bəyan edir, virusun qarşısı alındıqdan sonra həm istehlakçı tələbatın artacağını, həm də iqtisadi inkişafın sürətlənəcəyini vəd edir. Lakin koronavirus xəstəliyi bir sıra müəssisələrin iflasına səbəb ola bilər”.

Ekspert bildirib ki, hökumət xəstəliyin yayılmasının qarşısını almaq üçün bir sıra ciddi və qabaqlayıcı tədbirlər gördü: “Məsələn, Hubey əyalətində yerləşən Vuhan şəhəri daxil olmaqla bir neçə şəhərdə Yeni il tətili üçün nəzərdə tutulan istirahət günlərinin sayını çoxaltdı, tədbirlərin keçirilməsinə qadağa qoydu və ölkə daxilindəki səyahətlərin sayını azaltmaq üçün təyyarə və qatar biletlərinin pulsuz olaraq geri qaytarılmasını təmin etdi. Bu tədbirlər epidemiyanın yayılmasının qarşısını almaq üçün həqiqətən zəruri idi, lakin bu hal, obyektiv olaraq, Çinin makro və mikroiqtisadiyyatına da əhəmiyyətli dərəcədə təsir göstərdi”.

Cjan Çzyajuy bildirib ki, virusun ilk zərbəsinə iaşə və otel sənayesi tuş gəldi: “2019-cu ilin ilk rübündə onların gəliri 423.49 milyard yuan təşkil etmişdi və 2020-ci ilin birinci rübündə epidemiya bu iki sənayeyə ağır zərbə vuracaq. Qida xidməti sənayesinin bəzi iştirakçıları qida təchizatı xidmətləri sayəsində az gəlir əldə etsələr də, bu, dəryada damla deməkdir”. O əlavə edib ki, turizm sənayesi əsas ziyan görən sahələrdən biridir: “2019-cu ilin birinci rübündə bu sahənin yalnız Yeni il tətillərində qazancı təxminən 500 milyard dollar təşkil etdiyi halda, bu il, demək olar ki, heç bir qazancları olmayıb. Şübhəsiz ki, bu vəziyyət pərakəndə satışa da təsir göstərib”. 

Ekspertlərə görə, virusa qarşı qısa zaman ərzində effektiv mübarizə yolu aşkarlanmazsa, nəticə kifayət qədər acınacaqlı olacaq. Bu, hətta dünya iqtisadiyyatının tənəzüllə uğramasına təkan verə bilən faktor ola bilər.  Çin və dünya iqtisadiyyatının tənəzzülə uğraması isə ilk növbədə enerji sektorunda qiymətlərin enməsinə səbəb olacaq. Bu bütün hasilatçılar, o cümlədən Azərbaycan üçün də təhdid yaradır. Düzdür, ölkə rəsmiləri hələlik ciddi problem görmür. Məsələn, iqtisadiyyat naziri Mikayıl Cabbarov  bu xüsusda qeyd edir: “Çində yayılan koronavirusun Azərbaycan iqtisadiyyatı üçün hər hansı bir narahatlıq yaratması üçün əsas yoxdur”. Onun sözlərinə görə, Azərbaycanda 2020-ci il üçün iqtisadi və büdcə proqnozları kifayət qədər mühafizəkar tərtib olunub:“Hər hansı bir proqnoz bildirmək çox tezdir. Bir çox ölkələrin, ilk növbədə, Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirləri görünür. Hesab edirəm ki, tələskənliyə yol verməməliyik. Dövlətin aidiyyəti qurumları ilə birgə vəziyyəti izləyib təhlil etməliyik. Bütün ssenarilər işlənilib”. 

Çinli ekspert Çi Han Lay isə bildirir ki, Çində koronavirusla bağlı baş verən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına bir o qədər də böyük təsiri olmayacaq: "Heç şübhəsiz, Çin iqtisadiyyatına bu proses çox pis təsir edir. Əhali hazırda orada kilidlənib. Milyonlarla insan normal iqtisadi münasibətlərə qoşula bilmir. Öz fəaliyyətlərini davam etdirə bilmirlər. Məsələyə ticarət və turizm cəhətdən yanaşsaq Azərbaycan iqtisadiyyatına təsiri bir o qədər böyük deyil. İki ölkə arasındakı münasibətlərə yalnız iqtisadi və turizm cəhətdən yanaşa bilərik. Mövcud münasibətlər bundan ibarətdir. Lakin bu, Azərbaycan üçün bir o qədər də əhəmiyyətli olmayacaq. Çünki Azərbaycan və Çin arasında qarşılıqlı ticarət və turizm əlaqələri o qədər də geniş deyil". Amma o da faktdır ki, Çin bütün dünya üçün əmtəə bazasıdır. Bu da o deməkdir ki, həmin virusa görə Azərbaycan da Çinlə olan ticarət dövriyyəsində müəyyən dəyişiklilər həyata keçirməyə məcbur qalacaq. İlk növbədə Çindən idxal olunan məhsulların həcmi azalacaq. Bu da iqtisadi dövriyyəmizə mənfi təsir göstərəcək. Lakin məsələnin digər tərəfi də var. Belə ki, bu virus nəticəsində Rusiya Çin məhsullarının idxalını dayandırıb. Əvəzində Rusiya bazarlarında Azərbaycan aqrar məhsullarına tələb artıb. Bu isə Çin tərəfdən olan itkilərin digər istiqamətlər üzrə kompensasiya olunduğunu göstərir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ