Cümə axşamı günü, 15 oktyabr 2026
     

Çinin koronavirus bəlası Rusiyada Azərbaycan məhsullarına tələbi sürətlə artırır

Image


Azərbaycanın aqrar məhsullarının ixracında Rusiyanın hələ də əsas bazar qismində çıxış etməsi heç kimə sirr deyil. Belə bir vaxtda diqqət çəkən məqamlardan biri isə Rusiyada Azərbaycan aqrar məhsullarına sürətlə artan tələbdir.

Məsələ burasındadır ki, Rusiyada Uzaq Şərqdə Çinlə sərhədin bağlanması səbəbindən tərəvəzlərin qiyməti iki dəfə bahalaşıb. Rusiya mətbuatının yazdığına görə, Primoryedə xiyarın kiloqramı 400 rubla (10 manat 74 qəpik) qalxıb. Koronavirus pomidorların da qiymətinin astronomik həddə çatmasına səbəb olub. Belə ki, Azərbaycandan gətirilmiş pomidorun 1 kilosunun qiyməti 700 (18 manat 79 qəp) rübladək qalxıb.

Daha əvvəl yayılan məlumatlara görə, "Maqnit" pərakəndə satış şəbəkəsi Çindən meyvə və tərəvəz tədarükünü dayandırıb. Riteylerlər koronavirusun yayılması fonunda tədarükçüləri dəyişmək niyyətindədir. Bu isə Azərbaycandan Ruisyaya gedən meyvə və tərəvəzin də qiymətinin yüksələcəyini deməyə əsas verir. Yerli hökumət rəsmiləri və meyvə-tərəvəz idxalçıları bu vəziyyətin yaxın aylarda da davam edəcəyini bildirir. Çünki Çində koronavirus epidemiyası getdikcə vüsət almaqdadır və nəticədə Rusiyanın Uzaq Şərqinə tərəvəz təchizatı çətinləşməkdədir. Hazırda Rusiyanın Uzaq Şərqi ilə yanaşı, digər şəhərlərində də Azərbaycan istehsalı olan tərəvəzin bahalaşması müşahidə edilir. Belə vəziyyətdə Azərbaycan məhsullarını Rusiya bazaralarına göndərmək fermerlər üçün daha sərfəli hala gəlir. Amma bu, daxildə qyimət artımına da rəvac verə bilər.

Düzdür, bəzi məhsullar üzrə qiymət artımına yol verməmək üçün onların ixracına gömrük rüsumları tətbiq olunub. Kartofun, kələmin, soğanın və bəzi digər belə məhsulların ixracına görə  tətbiq edilən rüsumlar da bunun təsdiqidir. Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Amma Rusiyada artan qiymətlər, hətta rüsumların tətbiq olunduğu halda belə, ora məhsul ixracını əlverişli hala gətirir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bu xüsusda bildirir: "Son 4-5 ildə Rusiya bazarında kifayət qədər ciddi rəqabət mühiti var. Əvvəlki kimi hər məhsulu bu gün Rusiyaya göndərə bilmirik, artıq o bazar ixtisaslaşıb. Bu gün təxminən 4-5 adda məhsulumuz Rusiyaya gedir. Amma koronavirusla bağlı karantin tədbirlərinin xeyli vaxt çəkməsi bizim üçün bazarda əlverişli mühit yaradır. Keçən il 189,3 milyon dollar dəyərində pomidor ixrac etmişik ki, bunun da təxminən 90 faizi Rusiyaya gedib. Amma bizim birdən-birə istehsalı dəfələrlə artırmağımız bir az çətindir. Bu, qəfildən ortaya çıxmış vəziyyətdir, buna rəğmən, növbəti dövr üçün istixana məhsullarının istehsal potensialı müəyyən edilməlidir. Yenidən istixanalar qurmaq, təkrar əkinə keçmək bir az vaxt aparan məsələdir. Fikrimcə, mövcud vəziyyət bizim üçün bazarda əlverişli mühit yaradır, amma qısa zamanda istehsalı dəfələrlə artırıb bazarı təmin etməyə hazır deyilik. Mart ayının sonunda bizdə faraş məhsullar yetişir. Əsasən kartof və digər məhsullar üçün əlverişli mühit yaranır".

"İxracın artması daxili tələbatımızın təmin edilməsinə təsir edirmi" sualına cavabında ekspert deyib ki, məsələnin bu tərəfi də var: "Məsələn, keçən il 7 min ton soğan ixrac etdik, amma bu, daxildə istehlak qiymətinə ciddi təsir göstərdi. İxrac zamanı daxili bazar nəzərə alınmalıdır. Keçən il hökumət məcbur qalaraq kartofa ƏDV tətbiq etdi ki, bütün kartof Rusiyaya daşınmasın. Daxili bazar da qorunmalıdır. Düzdür, ixrac strateji məsələdir, amma daxili bazarın, əhalinin qida ilə təminatı ondan da strateji məsələdir". O qeyd edib ki, Rusiya bazarlarına əsasən faraş yetişən məhsullar göndəririk: “Bunlardan, ilk növbədə, əsasən Cəlilabad, Tovuz, Şəmkir və Gədəbəydə yetişən yazlıq kartofu qeyd etməliyik. Aprel ayının birinci ongünlüyündən başlayaraq Rusiya bazarına təxminən ildə 300 min tondan çox faraş kartof göndəririk. Rusiya bazarlarında ikinci mövqe qazanan məhsulumuz da tərəvəz məhsuludur. Belə ki, pomidor il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir. Rusiya bazarında Azərbaycan pomidoruna xüsusi bir rəğbət var. Azərbaycan pomidoru Zirə pomidoru adı ilə nəinki Moskvada, hətta Rusiyanın digər bölgələrində belə satılır. Rusiyanın bir sıra bazarlarında Qırğızıstan, Özbəkistan və Türkiyədən gətirilən pomidorları Azərbaycan pomidoru adı ilə markalayaraq istehlakçılara təqdim edirlər. Nar və xurma məhsullarımız da orda böyük məmnuniyyətlə qarşılanır. Bu sıraya fındığı da əlavə etməliyik. Azərbaycan fındığı yağlılığına görə Rusiya və digər dünya bazarlarında rəğbətlə qarşılanır. İldə fındıqdan təxminən 100 milyon ABŞ dollarından çox gəlir əldə edirik".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn də qeyd edir ki, 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də Azərbaycandan ən çox kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac edilib: "Xüsusən də meyvə-tərəvəz ixracımızda Rusiya ön sırada gəlir. Azərbaycandan kənd təsərrüfatı məhsulları, xüsusən də meyvə-tərəvəz ixracı əsasən özəl şirkətlər tərəfindən həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının ixracında dövlət şirkətlərinin payı çox cüzidir. 2017-ci ilə kimi Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını əsasən fiziki şəxslər həyata keçirirdi. Amma 2017-ci ildən etbarən ölkəmizdə həyata keçirilən islahatlar və gömrükdə şaffaflaşdırma siyasəti nəticəsində bu sahədə tendensiya dəyişdi və Rusiyaya məhsul ixracı həyata keçirən fiziki şəxslər şirkətlər yaradaraq ixracı da onun vasitəsilə reallaşdırmağa başladılar. 2019-cu ildə də Rusiyaya kənd təsərrüfatı məhsullarımız əsasən hüquqi şəxslər vasitəsilə ixrac edilib. Azərbaycanın kənd təsəsrrüfatı məhsulları ixrac etdiyi ölkələr sırasında son 5 ildə Rusiya lider mövqedə olub və 2019-cu ildə də bu mövqeyini qoruyub”. Belə görünür ki, cari il ərzində Azərbaycandan Rusiyaya məhsul ixracı sürətlə davam edəcək və qiymətlərin artması daha çox sayda fermerin diqqətini bura yönəldir. Hesab edilir ki, daxili bazarda problem yaranmasa, Azərbaycan Rusiyaya aqrar məhsulların ixracından cari ildə böyük həcmdə gəlir əldə edəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ