"İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Rusiya-İran Müştərək Ticarət Palatasının prezidenti səsləndirib. Hazırda müəssisədə 300-ə yaxın adam çalışır. Əgər məhsul daşınması sürəti artarsa, 2020-ci ilin sonunadək 1 milyon tonadək yük daşınması həyata keçirilə bilər.
Qeyd edək ki, İrandan Həştərxana məhsul Yaşıl gömrük dəhlizi vasitəsilə çatdırılır. Məhsula baxış və sənədlərin qeydiyyatı bir gündən az çəkir. Bu isə rekord göstəricidir və ölkənin heç bir yerində yoxdur. Sahibkarlar üçün bu marşrut vasitəsilə məhsulların daşınması da sərfəli və rahatdır. Çünki sahibkarlar bu hab vasitəsilə yüklərini daşıyarkən daha az - təxminən 2 dəfə az vəsait sərf edirlər. Bu isə alıcıya satılan məhsulun qiymətini də sərfəli edir.