19/02/2020 17:57
728 x 90

Çində yayılan ölümcül virus Azərbaycanla iqtisadi əlaqələrə necə təsir edə bilər...

Qubad İbadoğlu: “Çində yayılan koronavirus Azərbaycan-Çin ticarət münasibətlərinə təsir edəcək”

img

Çində yayılan koronavirus bütün dünyanı narahat edir. Çünki bu virusdan ölən və xəstələnənlərin sayı anbaan artır. Açıqlanan son məlumatlara görə, virusdan ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı isə 2,4 min nəfəri ötüb.

Qeyd edək ki, Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xarici qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar veriblər.

Məlumdur ki, Çinlə Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri var. Yayılan ölümcül virus Azərbaycan-Çin münasibətlərinə necə təsir edəcək?

  • ...istehlak bazarında qiymətlərin bahalaşmasına gətirib çıxara bilər”

İqtisadçı-ekspert Qubad İbadoğlu bildirdi ki, Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neft-qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək: “Çünki 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda Çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahalaşmasına gətirib çıxara bilər. Həmçinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşı Çinin ali məktəblərində təhsil alır. Hesab edirəm ki, onların təhlükəsizliyi ilə əlaqədar olaraq təcili və təxirəsalınmaz işlər görülməlidir. Onlar müvəqqəti olaraq ölkəyə qaytarılmalıdırlar. Onu da vurğulayım ki, bu proseslər son illər Çində yavaşıyan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq. Təbii ki, bu da Çində alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neft-qazın qiymətləri aşağı düşəcək. Təbii ki, bu amillər Azərbaycan iqtisadiyyatına da təsir edəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər