Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın böyük nəqliyyat-tranzit imkanları Davos Forumunun gündəmində mühüm yer tutdu

Image


İsveçrənin Davos şəhərində işə başlayan 50-ci Dünya İqtisadi Forumu yenidən beynəlxalq miqyasda xüsusi diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndəsi qatılıb.  Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə prezident və baş nazir səviyyəsində təmsil olunur. Azərbaycan da tədbirdə prezident səviyyəsində təmsil olunur.

Dünya İqtisadi Forumu, həmçinin, dünyanın hər yerindən 119 milyarderi bir araya gətirib. Həmin milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur. Məhz belə bir tədbirdə Azərbaycanın prezident səviyyəsində təmisl olunması, dövlət başçısının burada keçirdiyi çoxsaylı görüşlər ölkəmizə diqqəti daha da artırır. Forum çərçivəsində diqqət mərkəzində olan məsələlərdən biri isə Azərbaycanın nəqliyyat və tranzit imkanları ilə bağlı olub. Bunlardan biri də Lapis-Lazuli marşrutu olub. Əfqanıstanın iqtisadiyyat naziri Mustafa Mastur bildirib ki, “Lapis-Lazuli” layihəsinin üzərində işlər uğurla davam etdirilir: “Lazurit” nəqliyyat layihəsi üzərində işlər uğurla davam edir. 2018-ci ilin dekabrında başlamış bu layihə sayəsində Əfqanıstandan artıq iki dəfə yük nəql edilib. Bu layihə üzərində çalışan bütün ölkələrə, o cümlədən Azərbaycana minnətdarıq. Layihənin başa çatdırılması məqsədilə viza, gömrük və bu kimi digər inzibati məsələləri həll etmək üzrəyik. Bundan sonra layihənin uğurlu fəaliyyətini təmin etmiş olacağıq”. Nazir Azərbaycanın böyük potensialı olan ölkə olduğunu və Əfqanıstanda bir çox sahələrin inkişafına öz töhfəsini verə biləcəyini bildirib:

“Azərbaycanla Əfqanıstan arasında əlaqələr həmişə yüksək səviyyədə olub və bu gün ikitərəfli əlaqələrimiz tarixdə ən parlaq dövrünü yaşayır. Hesab edirəm ki, Azərbaycan Əfqanıstanla bağlı müxtəlif məsələlərdə, xüsusilə ölkənin siyasi və iqtisadi həyatında daha yaxından rol oynaya bilər. Bunun üçün Azərbaycan böyük potensiala malikdir. Azərbaycan Əfqanıstanda sülhün bərpa olunmasına öz töhfəsini verə bilər. Bundan başqa, neft-qaz, nəqliyyat məsələlərində Azərbaycan böyük uğurlar əldə edib. Turizm sahəsində də Azərbaycan güclüdür və öz təcrübəsi sahəsində Əfqanıstana investorlar cəlb edə bilər".

Xatırladaq ki, Lapis-Lazuli marşrutuna dair beştərəfli saziş 2017-ci ildə Əfqanıstana dair regional iqtisadi əməkdaşlıq konfransında Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb. Sazişdə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, həmçinin gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur. Avtomobil, dəmir yolu və dəniz marşrutu ilə yükdaşımalarını ehtiva edən Lazurit dəhlizi yüklərin Əfqanıstandan və Asiyadan Avropaya çatdırılması üçün ən əlverişli və ucuz marşrutdur. Məhz belə bir vaxtda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza maraqlı bir açıqlama ilə çıxış edib. O, təkcə Lapis-Lazuli yox, ümumiyyətlə Azərbaycan üzərindən keçən digər marşurutların da xüsusi maraq doğurduğunu vurğulayır: “Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi region üçün böyük əhəmiyyət kəsb edən məsələdir... Burda ən əhəmiyyətli məsələ Xəzər regionunda Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi məsələsidir. Bu mövzu mənə çox yaxındır və məni 20-25 il bundan əvvəllərə qaytarır. Yadıma düşür ki, biz Azərbaycan hökuməti, Heydər Əliyev, neft şirkətləri ilə Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzərində necə işləyirdik. Bu mənada, Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması” yaradıcı fikirlərin, qlobal ideyaların platformasıdır”.

Hazırda bu məsələyə Avropa da böyük maraq göstərir. Belə ki, Avropa strukturları bəyan edir ki, Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyanın iştirak etdiyi Xəzər dənizi-Qara dəniz marşrutunun inkişafında maraqlıdırlar. Xəzər dənizi-Qara dəniz dəhlizinin fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılmasına kömək edəcək milli səviyyədə normativ-hüquq aktlarının hazırlanması və tətbiq edilməsi, “Şərq-Qərb” istiqamətində iqtisadi əməkdaşlığın gücləndirilməsi yönündə artıq Avropa konkret addımlar atmağa hazır olduğunu bəyan edir. Elə bu fonda da Lapis-Lazuli marşrutundan daha geniş miqyasda istifadə aktuallaşır. Bu durumda Azərbaycanın Avropa və dünya üçün də əhəmiyyəti artır. Çünki perspektivdə Lapis-Lazuli ilə daşımaların Bakı-Tiflis-Qars dəmir yolu xəttinə birləşməsi gözlənir. Bu da Azərbaycanın tranzit potensialını daha da artırmasını şərtləndirir. Bununla isə Azərbaycan getdikcə daha çox ölkə üçün mühüm tranzit məkanına çevrilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ