20/02/2020 20:31
728 x 90

“Azərbaycanın valyuta ehtiyatları ölkənin 30 aylıq idxalını ödəmək üçün kifayətdir” - “Moody`s”

img

“Moody`s” Beynəlxalq reytinq agentliyi MDB ölkələrində valyuta ehtiyatlarının digər regionlarla müqayisədə aşağı səviyyədə olduğunu qeyd edir.

“Ümumilikdə, MDB ölkələrindəvalyuta ehtiyatları digər regionlarla müqayisədə aşağıdır. Xüsusilə etiyatlar Belarus və Tacikistanda aşağıdır, burada idxal və xarici borcun əhatə dairəsi regionda və bütün dünyada ən zəifdir. Bu yerli valyutada özünü göstərir, xüsusilə proqnozlaşdırılması çətin olan makroiqtisadi və siyasi vəziyyətdə və sarsıntılara reaksiya imkanlarını məhdudlaşdırır. Hətta, misal üçün Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanda valyuta ehtiyatları kifayət qədər yüksək olduğu ölkələrdə, yerli valyutalara etimad çox incə olaraq qalır. Bundan əlavə, dövlət maliyyəsi və bank sistemi əvvəlki kimi yerli valyutada kəskin qiymətdən düşməyə məruz qalıb”, - agentliyin MDB ölkələri ilə bağlı hesabatında deyilir.

Eyni zamanda, “Moody`s”in mütəxəssisləri qeyd edirlər ki, Azərbaycanın valyuta ehtiyatları ölkənin 30 aylıq idxalının ödənilməsi üçün kifayətdir Agentlik qeyd edir ki, regionda əksər pul-kredit tənzimlənməsi orqanları bu ölkələrin əksəriyyəti üçün mübadilə məzənnəsi ilə şərtlənən ciddi inflyasiyaya səbəb olan 2014-2016-cı illərin şokundan sonra pul-kredit siyasəti alətləri dəstlərini genişləndiriblər.

“Alətlərə yüksək valyuta çevikliyi, inflyasiyanın dəqiq targetləşdirilməsi və uçot dərəcələrinin daha fəal istifadəsi, həmçinin inflyasiya gözləntilərinin idarəedilməsi məqsədilə Mərkəzi Bank ilə əlaqə daxildir. 2014-cü ilə qədər inflyasiyanın formal targetləşdirilməsi olmayan ölkələr yaxın və ortamüddətli perspektivdə bu təcrübəni tətbiq eməyi planlaşdırırlar. Bu, Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynada baş verir”, - sənəddə deyilir.

Agentlik qeyd edir ki, həmçinin MDB ölkələrinin mərkəzi banklarının əksəriyyəti mübadilə məzənnəsinin çevikliyini artırıb ki, valyutalarının dəyəri bazar tələbatı və təklifləri əks etdirsin. “Dollara nisbətən davamlı məzənnə tendensiyasına malik olan Azərbaycan, o cümlədən Qırğızıstan və Tacikistan istisna təşkil edir”, - agentlikdən bildiriblər.

2019-cu ilin yekunları üzrə Azərbaycanın valyuta ehtiyatları $51 milyardı ötür.

Son xəbərlər