İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin strateji hədəflərindən danışıb.
Trend-in məlumatına görə, bu 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında baş verib.
Nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin ortamüddətli perspektivdə strateji hədəfi dünyada orta iqtisadi artımdan geri qalmayan iqtisadi artımı təmin etmək, uzunmüddətli perspektivdə isə bu göstəricini yüksəltməkidir.
M.Cabbarov qeyd edib ki, bunun üçün hökumət tərəfindən bir sıra məqsədlər müəyyən edilib: