Cümə günü, 16 oktyabr 2026
     

Poçt xidmət tariflərini kim bahalaşdırır?

Image


“Dövlət poçt xidməti ilə müqayisədə özəl şirkətlər tərəfindən həyata keçirilən poçt xidmətlərinin keyfiyyəti daha yüksəkdir”

 

Son günlər ölkəmizdə gündəmə gələn məsələlərdən biri də poçt xidməti tariflərinin artırılması ilə bağlıdır. Belə fikirlər mövcuddur ki, Azərbaycanda nəqliyyatda və digər sahələrdə cüzi qiymət artımı baş veribsə, bu poçt xidmətindən də yan ötməməlidir. Ümumiyyətlə, çoxdan idi ki, poçt xidməti tariflərinin bahalaşdırılması barədə müzakirələr aparılırdı.

Artıq deyəsən, aidiyyatı qurumlar poçt xidməti tariflərini qaldırmaqda israrlıdırlar. Məlumatlara görə, “Poçt haqqında" qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Qeyd edilir ki, əsas təkliflər ölkədə göstərilən universal poçt xidmətlərinin subsidiyalaşdırılmasının dayandırılması və tariflərin poçt operatorları tərəfindən sərbəst təyin olunmasıdır.

Məlumdur ki, Azərbaycanda dövlət poçt xidməti ilə yanaşı özəl poçt xidmətləri, eləcə də onlayn poçt xidmətləri mövcuddur. O da gizli deyil ki, bu gün xüsusən də onlayn poçt xidmətindən istifadə halları daha çox yayılıb. Özəl poçt xidmətlərindən isə əsasən ölkə daxilində sıx-sıx istifadə edilir. Özəl poçt xidmətləri göstərən şirkətlər qiyməti sərbəst seçir və onu təmin edən tariflər əsasında müştəriyə xidmət göstərir, bəzi hallarda qiyməti qaldıra da bilir. Amma dövlət poçt xidmətində qiymətlər Tarif Şurası tərəfindən müəyyən edilir. Ekspertlər hesab edir ki, poçt xidməti tariflərinin qaldırılması birdən-birə baş verməməlidir, geniş araşdırmalardan sonra bu barədə qərar verilməlidir. Bəzi ekspertlər qeyd edir ki, son dövrlər Tarif Şurasının bəzi səlahiyyətləri Nazirlər Kabinetinə verildiyi üçün Nazirlər Kabineti də bu məsələdə rol oynamalıdır. Ümumilikdə hesab edilir ki, poçt xidmətləri tariflərinin poçt operatorları tərəfindən sərbəst təyin olunması ilə bağlı məsələ daha aktualdır.

Qeyd edək ki, Azərbaycanda universal poçt rabitəsi xidmətlərinin tarifləri (“Azərpoçt” MMC (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tarifləri) bu şəkildədir.

Daxili poçt göndərişləri üzrə və poçt göndərişlərinin və xidmətlərinin növləri:

Sadə poçt kartı-0,20, sifarişli poçt kartı-0,50, sadə məktub (çəki üzrə) 20 qramadək-0,20, 20 qramdan 50 qramadək-0,30, 50 qramdan 100 qramadək-0,50, 100 qramdan 250 qramadək-0,80, 250 qramdan 500 qramadək -1,10, 500 qramdan 1000 qramadək-1,40,

-1000 qramdan 2000 qramadək-1,80, sifarişli məktubların qiyməti isə çəkiyə görə sadə məktublarda olduğu kimidir. Bundan başqa hər bir məktubun sifarişli göndərilməsi-0,30, sadə banderol (çəki üzrə) 20 qramadək-0,20, 20 qramdan 50 qramadək-0,30, 50 qramdan 100 qramadək-0,50, 100 qramdan 250 qramadək-0,80, -250 qramdan 500 qramadək-1,10, -500 qramdan 1000 qramadək-1,40, 1000 qramdan 2000 qramadək-1,80, sifarişli banderolun da qiyməti çəkiyə görə sadə banderollarda olduğu kimidir. Hər bir banderolun sifarişli göndərilməsi-0,30, çəkisindən asılı olmayaraq hər bir bağlama üçün-1,80, hər tam və natamam 1 kq üçün yerüstü nəqliyyatla-0,40, hər tam və natamam 1 kq üçün avia nəqliyyatla-0,60 AZN təşkil edir.

Onu da vurğulayaq ki, universal poçt rabitəsi xidmətlərinə çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə və sifarişli); çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları aid edilir. Çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların göndərilməsi, poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri isə milli operator tərəfindən pulsuz göndərilir. Milli operator Azərbaycanın bütün ərazisində universal poçt rabitəsi xidmətlərinin göstərilməsini təmin edir.

Ekspertlər hesab edir ki, o zaman Tarif Şurası poçt xidmətləri tariflərinin tənzimlənməsindən imtina edə bilər ki, ölkədə bu sahədə ciddi rəqabətli mühit olsun. Ekspertlər hesab edir ki, poçt xidməti göstərən qurumlara daha çox sərbəstlik verilməli, Tarif Şurası isə tənzimlədiyi bir çox məsələlərdən imtina etməlidir. Qeyd edilir ki, poçt xidmətləri ilə bağlı qiymət siyasəti sərbəst şəkildə tənzimlənməlidir. Onların fikrincə, bu sahədə qiymət siyasətini rəqabətli mühit özü tənzimləməlidir ki, onların göstərdiyi xidmətlərdən müştərilər daha çox yararlansın.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, qiymətlərin Tarif Şurası tərəfindən tənzimlənməsindən imtina o anlama gələcək ki, qiymətlər sürətlə bahalaşacaq. “Bunun qarşısını almaq üçün bu sahədə institusional dəyişikliklərə, ciddi rəqabətli mühitin yaradılmasına ehtiyac var və bundan sonra Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməsindən imtina etmək olar” - deyə o bildirib.

Ekspert qeyd edib ki, məsələn, Rusiyada 90-dan çox poçt operatoru var: "Amma hələlik Rusiyanın milli poçt operatoru üstünlüyə malikdir. Lakin ciddi rəqiblər var, bu sahədə fəaliyyət göstərən özəl şirkətlər var və seçim imkanları mövcuddur. Buna görə də qiymətlərin tənzimlənməsi bazar iqtisadiyyatı qaydalarına uyğun aparılır. Bu, Avropada da, Türkiyədə də belədir".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədovun fikrincə isə, universal poçt xidmətləri tariflərinin poçt operatorları tərəfindən sərbəst təyin olunması məqsədəuyğun deyil. O hesab edir ki, bu istiqamətdə əsas sözü Tarif Şurası deməlidir: "Bütövlükdə poçtun təşkili ilə bağlı strateji məsələlər var və dövlət vətəndaşların hüquqlarını qorumalıdır. Yəni poçt xidmətləri əhalinin bütün təbəqələri üçün əlçatan olmalıdır. Bunu bazar şəraitinin öhdəliyinə buraxmaq olmaz. Çünki sabah poçt operatorları hər hansı bir əsas gətirərək qiymətləri xeyli dərəcədə artıra bilər. Əgər belə olarsa, əhalinin aztəminatlı təbəqələri poçt xidmətlərindən necə istifadə edəcək? Çünki poçt xidmətlərinin şaxələndirilməsi mövcuddur və burada universal poçt xidmətləri var. Əgər universal poçt xidmətləri bazar qiymətləri əsasında poçt operatorların istəyi ilə müəyyən ediləcəksə, bunlar universal xidmətlər olmayacaq. O halda əhalinin müəyyən hissəsi üçün bu xidmətlər əlçatan olmayacaq".

Tanınmış iqtisadçı-ekspert Ruslan Atakişiyev baki-xeber.com-a bildirdi ki, dünya təcrübəsində də dövlət poçt operatorlarına subsidiyalar ayırır, hətta bir çox hallarda dotasiyaların verilməsini həyata keçirir. R.Atakişiyev qeyd etdi ki, bu gün dövlətə məxsus poçt xidmətinin qiyməti həddən artıq ucuzdur, özəl poçt xidmətlərinin müəyyən etdiyi tariflər isə ondan bir neçə qat bahadır. “Bu gün Azərbaycanda dövlət post xidmətləri ilə yanaşı poçt xidmətləri göstərən özəl şirkətlər də var. Dövlət poçt xidmətinin qiyməti dövlət tərəfindən müəyyənləşir, amma özəl poçt xidməti göstərən şirkətlər qiyməti sərbəst şəkildə qoyurlar. Bunun əsasında fəaliyyətlərini qururlar. Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən poçt xidmətlərinin tariflərinə yenidən baxılması ilə yanaşı həm də bu şirkətlərin rəqabət şəraiti daha da yaxşılaşdırılmalıdır. Özəl poçt xidmətlərinin qiymətlərinin dəyişdirilməsi yalnız bazarda olan tələb və təklifdən asılıdır. Amma bütövlükdə universal poçt xidmətlərinin tarifləri dövlət tərəfindən müəyyən edilməlidir ki, bu sahədə müəyyən xoşagəlməzliklər baş verməsin. Dövlət poçt xidməti olduqca ucuz qiymətə xidmət göstərir, amma özəl poçt xidmətlərinin isə xidmət haqqı bahadır. Onu da nəzərə alaq ki, dövlət poçt xidməti ilə müqayisədə özəl şirkətlər tərəfindən həyata keçirilən poçt xidmətlərinin keyfiyyəti daha yüksəkdir. Götürək elə məktubların ünvanlarına daha tez şəkildə çatmasını, bu sahədə özəl poçt xidmətləri daha çevikdir. Keyfiyyətin yüksəlməsinə şərait yaradan rəqabət amilidir. Dünya təcrübəsi də göstərir ki, qiymətindən asılı olmayaraq bu cür xidmətlərin dövlət tərəfindən həyata keçirilməsi heç zaman keyfiyyətli olmur. Yəni dövlət qurumları özünü rəqib kimi, ortaya qoya, rəqabətdə iştirak edə bilmir. Bu daha çox özünü özəl sektorda doğruldur. Poçt xidməti tariflərinə aidiyyatı şura tərəfindən yenidən baxılması poçt xidməti sahəsində rəqabətliliyin formalaşmasına gətirib çıxarar” - deyə R.Atakişiyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ